Heç-heçədən sonra qələbə və məğlubiyyət

 

 

Londonda keçirilən şahmat üzrə dünya birinciliyi uğrunda iddiaçıların turnirində üç turun oyunları artıq arxada qalmışdır. Mükafat fondu 510 min avro olan və 14 turdan ibarət yarışın start mərhələsində azərbaycanlı qrossmeyster Teymur Rəcəbov mümkün xalların yarısını toplamışdır.

Turnirin açılışı günü israilli Boris Gelfandla heç-heçəyə razılaşan şahmatçımız növbəti iki görüşdə Vasili İvançuka (Ukrayna) qalib gəlmiş və Pyotr Svidlerə (Rusiya) uduzmuşdur.

Üç turdan sonra 1,5 xala malik Rəcəbov onunla eyni nəticə göstərmiş rusiyalılar Aleksandr Qruşuk və Vladimir Kramniklə dörd-altıncı yerləri bölüşdürür.

Bu rəqiblər hərəyə 2 xal toplayıb turnir cədvəlinin iki-üçüncü pillələrində irəliləyən Maqnus Karlcen (Norveç) və Svidlerdən 0,5, birinci pillədə olan Levon Aronyandan (Ermənistan) isə 1 xal geri qalırlar. Cədvəldə sonuncu iki yeri tutan Gelfandla İvançukun yarım xalı vardır.

Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək dördüncü turda Rəcəbov ağlarla Kramnikə qarşı oynayacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında