İrlandiyalı hakim Padri Satton

 

 

Azərbaycan milli futbol komandasının dünya çempionatının seçmə yarışlarının 2013-cü il təqvimində ilk oyununa bir həftə qalır. Yığmamız martın 22-də Lüksemburqda bu ölkə komandasının qonağı olacaq.

Artıq görüşün hakimləri məlumdur. Oyunu İrlandiya Futbol Federasiyasının nümayəndəsi Padri Satton idarə edəcəkdir. Onun köməkçiləri isə həmvətənləri olacaqlar.

Lüksemburqla matçdan sonra Azərbaycan futbolçuları Bakıda portuqaliyalı rəqiblərini qəbul edəcəklər.  Kriştianu Ronaldonun komandasını paytaxtımızda martın 26-da görəcəyik.

Millimizin bu oyunları ilə əlaqədar Topaz Premyer Liqasında martın 30-dək fasilə verilmişdir. Həmin gün 24-cü turun görüşləri starta çıxacaq. Hazırda turnir cədvəlinə 45 xala malik “Neftçi” başçılıq edir. Liderin ən yaxın izləyicisi “İnter” ondan bir xal geri qalır. Üçüncü-dördüncü pillələrdə irəliləyən “Simurq”la “Qarabağ” hərəyə 39 xal toplamışlar. Birinci altılıqda sonuncu iki yeri “Qəbələ” (32 xal) və “Bakı” (31) tuturlar.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında