“Karpos Open”də ardıcıl üç qələbə

 

 

Bu yaxınlarda Fransanın Kann şəhərində beynəlxalq turnirin bürünc medalını qazanmış Azərbaycan şahmatçısı Eltac Səfərli indi də Makedoniyada “Karpos Open” turnirinin mükafatları uğrunda mübarizə aparır.

Qrossmeysterimiz yarışa inamla başlayaraq ilk üç turda üç qələbə qazanmışdır. Startda makedoniyalı Vlatko Petkovskini məğlubiyyətə uğradan Səfərli növbəti iki görüşdə Serbiya təmsilçiləri Miroslav Tosiç və Aleksandr İnciçi də məğlubiyyətlə razılaşmağa məcbur etmişdir.

Üç turdan sonra 3 xala malik Eltac liderlər qrupunda irəliləyir. Onun kimi daha yeddi iştirakçı maksimum miqdarda xal toplamışdır. Dünən axşam keçirilən dördüncü turda həmyerlimiz xorvatiyalı A.Yankoviç ilə görüşmüşdür.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında