“5 Mart – Bədən Tərbiyəsi və İdman Günü” Sumqayıt şəhərində təntənə ilə qeyd olundu

 

 

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə şəhərin idman təşkilatları rəhbərləri, bədən tərbiyəsi və idman veteranları, dünya, Avropa yarışları, Olimpiya və Paralimpiya Oyunlarının mükafatçıları, idman növləri üzrə baş məşqçilər, Əməkdar məşqçilərin iştirakı ilə silsilə tədbirlər keçirilmişdir.

Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin Sumqayıt şəhərindəki, abidəsi önünə əklil qoymuş, Şəhidlər Xiyabanını ziyarət etmişlər. Sonra 1 saylı UGİM-də əlamətdar bayram gününə həsr olunmuş üzgüçülük üzrə muxtəlif yaş qruplarında şəhərin açıq birinciliyi keçirilmişdir. Yarışda Bakı və Sumqayıt şəhərinin 70-ə yaxın idmançısı qalib adı uğrunda mübarizə aparmışdır. Ümumiyyətlə Baş idarə tərəfindən bədən tərbiyəsi və idman günü münasibəti ilə futbol, otüstü xokkey, voleybol, sambo, cüdo idman növləri üzrə yarışlar hazırlanıb həyata keçirilmişdir. Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin akt zalında bayram tədbirinə yekun vurulmuşdur. Tədbirdə çıxış edən Baş idarənin rəisi Musa Həsənov bayram münasibəti ilə iştirakçıları təbrik etmiş, dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərdiyi diqqət və qayğıdan, ulu öndər H.Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, Gənclər və İdman Nazirliyi və şəhər rəhbərliyinin köməyi ilə yaradılan şəraitdən, Baş İdarənin 18 illik fəaliyyəti dövründə Sumqayt idmançılarının əldə etdiyi nailiyyətlərdən danışdı.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əhməddin Rəcəbli, karate üzrə Əməkdar Məşqçi Rövşən Veysəlov və Rauf İbrahimov bədən tərbiyəsi və idman sahəsində görülən məqsədyönlü işlər və bu işlərin şəhərdə uğurla davam etdirilməsi ilə bağlı çıxış etdilər.

Yekunda Gənclər və İdman Nazirliyi tərəfindən fəxri adlar almış - Nadir Quliyev və Elbrus Sadıqova Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi, Ağamusa Bağırov, Rövşən Veysəlov, Sahib İsmayılov və Emin Baydullayevə Azərbaycan Respublikasının Əməkdar məşqçisi vəsiqələri təqdim olundu. 2012-ci ildə Dünya və Avropa yarışlarında yüksək idman nailiyyətləri əldə etmiş idmançılar və onların məşqçiləri hədiyyələrlə, şəhərdə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyi səmərəli fəaliyyətinə görə bir qrup mütəxəssis Baş İdarənin Fəxri Fərmanı ilə təltif olundu.

Əli NƏCƏFXANLI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında