İdman xoşbəxtliyi kimin tərəfində olacaq?

Osminoq Paulun növbəti proqnozunun düz çıxması, (İspaniya yığmasının Almaniya üzərində qələbəsini öncədən görməsi), Almaniya kanslerinin proqnozunun isə səhv çıxması final mərhələsi barədə konkret bir fikir söyləməyi çətinləşdirir. Sadəcə olaraq belə desək heç də yanılmarıq. Finalda ya İspaniya qalib gələcək, ya da Hollandiya. 3-cü yerə ya Uruqvay çıxacaq, ya da Almaniya.
Azarkeşlər isə daha çox İspaniyanın qələbəsinə tərəfdardırlar. Hollandiya 1974 və 1978 -ci illərdə 2 dəfə finala yüksəlsə də, Almaniya (2-1) və Argentina (3-1 əlavə vaxt) yığmalarına məğlub olub. 2 gümüşü olanı isə yəqin ki, ancaq qızıl təmin edə bilər. Almaniya isə 2006-cı ildəki nailiyyətini (3-cü yer) bir daha təkrarlaya bilər.
Əgər Uruqvay 1970-ci ildə 3-cü yer uğrunda almanlardan aldığı məğlubiyyətin (0-1) əvəzini çıxmaq istəməsə. Özü də almanlara 1, Uruqvaya isə 2 dəfə 4-cü pilləyə qalxmaq nəsib olub. O da bir faktdır ki, yuvarlaq tarixlər Uruqvay komandasına düşür. (1930 və 1950-ci illərdə çempionluq, 1970 və 2010-cu illərdə yarımfinal). İspanlar isə cəmi 1 dəfə - 1950 - ci ildə 4-cü yeri tutublar. Dünya çempionatlarında 13 dəfə iştirak etmələrinə baxmayaraq. Onlar da yəqin ki, tarixi şanslarını qaçırmayacaq. Özü də ki, ispanları çempion olacaqları təqdirdə vətənlərində böyük mükafat fondu gözləyir. Göründüyü kimi hər 4 komandanın şansı və qələbə əzmkarlığı böyükdür. İyulun 10 və 11-də isə bütün ehtimallara aydınlıq gətiriləcək.
Bu oyunlar həm də ispaniyalı David Vilya (5 qol) , holland Uesli Sneyder (5 qol), alman Miroslav Kloze (4 qol) və Tomas Müller (4 qol) üçün də ən yaxşı bombardir kimi uğurlu ola bilər. Miroslav Kloze nəinki "Qızıl butsa"nı qazana bilər, hətta braziliyalı Ronaldonun 15 topluq rekordunu təzələyə və ya keçə bilər.
Çox vaxt futbol üzrə dünya çempionatlarını qısaca olaraq "Mundial" adlandırırlar. Bu söz idman termininə 1982-ci ildə İspaniyada keçirilən dünya çempionatından sonra çevrilib. İspan dilindən tərcümədə "mundial" dünyəvi, beynəlxalq deməkdir. Əlbəttə ki, həmin çempionat İspaniya üçün "mundial" olmadı. Amma 19-cu Dünya çempionatı - 80 yaşlı Dünya çempionatı ispanlar üçün əsl mundiala çevrilə bilər.
10 iyul Uruqvay - Almaniya 23.30.
11 iyul İspaniya - Hollandiya 23.30.

{nl}


Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında