Ən maraqlı oyunlar irəlidədir

 

 

Topaz Premyer Liqasında təsnifat mərhələsinin sonuncu, 22-ci turunun görüşləri keçirilmiş (“Bakı”-“Rəvan”-2:1, AZAL-“Qəbələ”-6:1, “Xəzər-Lənkəran”- “Sumqayıt”-2:2, “Qarabağ”- “İnter”-0:0, “Turan”- “Neftçi” -2:3, “Kəpəz”- “Simurq” -1:1) və bu mərhələdə azarkeşləri maraqlandıran bütün suallara cavab alınmışdır.

Ölkənin ən yaxşı altı komandası sırasında medallar uğrunda mübarizəni davam etdirmək hüququnu vaxtından əvvəl özlərinə təmin edən “Neftçi” (44 xal), “İnter” (41), “Qarabağ” (39), “Simurq” (36) və “Qəbələ” yə (32) son anda “Bakı” da (30) qoşulmuşdur.

Maraqlı və gərgin mübarizə vəd edən final mərhələsinin ilk oyunları martın 12-13-də keçiriləcəkdir. Çempionatın 23-cü turunda birinci altılıqda “Simurq”la “Qarabağ”, “Qəbələ” ilə “İnter” və “Bakı” ilə “Neftçi” qarşılaşacaqlar. Yeddi-on ikinci yerlər uğrunda mübarizədə isə  “Sumqayıt” -"Turan", “Rəvan”-"Xəzər-Lənkəran" və “Kəpəz”- AZAL görüşləri keçiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında