Eltac Səfərli Fransadan mükafatla qayıdır

 

 

Azərbaycan şahmatçısı Eltac Səfərli Fransanın Kann şəhərində yenicə başa çatmış beynəlxalq turnirdə uğurla çıxış etmişdir. Qrossmeysterimiz 9 mümkün xaldan 7 xal toplyaraq yarışın üçüncü mükafatçısı olmuşdur.

Finişə ikinci mövqedə çatan Argentina təmsilçisi Ruben Felqaer də Səfərli ilə eyni nəticə göstərmiş, ancaq əlavə göstəricilərə görə onu qabaqlamışdır. Turnirin qalibi adını isə ikinci-üçüncü mükafatçılardan yarım xal çox toplayan Hindistan şahmatçısı Kore Akşayrac qazanmışdır.

Bu xəbərə onu da əlavə edək ki, İranın Rəşt şəhərində təşkil olunmuş 11-ci “Xəzər open” beynəlxalq turnirində altı turun görüşləri artıq arxada qalmışdır. Turnir cədvəlinə hərəyə 5 xal toplayan beş iştirakçı başçılıq edir. Liderlərdən biri də həmyerlimiz Misrəddin İsgəndərovdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında