Azərbaycan Avropa yay mövsümü - 2010-da Olimpiya idmanı növləri üzrə dördüncü yeri tutur

Ötən həftə yay Olimpiya idmanı növləri olan stend atıcılığı, triatlon, baydarka və kanoedə avarçəkmə üzrə üç Avropa çempionatı başa çatmışdır. Həmin turnirlərdən sonra 2010-cu ildə qitə səviyyəsində 119 Olimpiya mükafatı dəsti oynanılmışdır. Azərbaycan yığması 15 medal, o cümlədən 7 qızıl, 4 gümüş və 4 bürünc medalla ümumkomanda hesabında dördüncü yeri tutur.
Ümumkomanda hesabında lider olan Rusiya 64 medal - 30 qızıl, 22 gümüş və 12 bürünc qazanmışdır.
İdmanın Olimpiya növləri olan yüngül atletika, üzgüçülük, boks üzrə dünya çempionatlarının keçirilmədiyi yay mövsümündə üstünlük Avropa turnirlərinə verilir. İdmanın 40 Olimpiya növündən 19-u badminton, idman gimnastika, kişi boksu, bədii gimnastika, qılıncoynatma, sərbəst, yunan-Roma və qadın güləşi, oxatma, taekvondo, baydarka və kanoedə avarçəkmə, kişi həndbolu, cüdo, ağır atletika, yelkənli qayıq idmanı, stend atıcılığı , güllə atıcılığı və triatlon üzrə Avropa çempionatları başa çatmışdır.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında