Məmmədova və Məmmədyarova Reykyavikdə

 

 

İslandiya paytaxtında yenicə starta çıxmış “Reykyavik open 2013" beynəlxalq şahmat turnirinin mükafatları uğrunda 240-a qədər rəqib, o cümlədən 47 qrossmeyster mübarizə aparır. İsveçrə sistemi üzrə keçirilib on turdan ibarət olan yarışa fevralın 27-də yekun vurulacaq.

Turnirin iştirakçıları arasında Azərbaycan şahmat məktəbinin yetirmələri, ölkəmizin qadınlardan ibarət yığma komandasının üzvləri Gülnar Məmmədova (2369) və Türkan Məmmədyarova da (2280) vardır. Onlar hollandiyalı Aniş Giri (2720), fransız Maksim Vaşye-Laqrav (2715) və çexiyalı David Navaranın (2710) başçılıq etdikləri siyahıda reytinqə görə müvafiq surətdə 63-cü və 78-ci yerlərdədir.

Start təmsilçilərimiz üçün uğurlu olmuşdur. Birinci turda Məmmədova argentinalı rəqibə qalib gəlmiş, Məmmədyarova isə İslandiya şahmatçısı üzərində qələbə qazanmışdır.

İkinci turda Gülnar çexiyalı David Navara, Türkan ukraynalı Mixail Alekseyenko ilə heç-heçə oynamışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında