Superliqanın lideri mövqeyini möhkəmləndirir

 

 

Çempionlar Liqası turnirində uğurla çıxış edib martın 9-10-da İstanbulda keçiriləcək “Dördlər finalı”na yüksələn Bakının “Rabitə” klubu Azərbaycan Superliqasında da qələbələri ilə diqqət mərkəzindədir. Milli çempionatımızın lideri 14-cü turda “Telekom”a 3:0 hesabı ilə qalib gələrək turnir cədvəlinin zirvəsində öz mövqeyini bir qədər də möhkəmləndirmişdir.

“İqtisadçı”nın istirahət etdiyi bu turun digər iki görüşündə “Lokomotiv” voleybolçuları “Lokomotiv-Biləcəri”ni məğlubiyyətə uğrtamış, “Azərreyl” isə “Bakı-Azəryol” üzərində qələbə qazanmışdır. Bu oyunların da taleyi üç hissədə həll olunmuşdur.

Hazırda vahid lider “Rabitə”nin 12 görüşdən sonra 31 xalı vardır. İkinci yeri ondan bir oyun az keçirən və 26 xala malik “İqtisadçı” tutur. Doqquz matçda 24 xal toplayan “Azərreyl” üçüncü pillədə irəliləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında