Dünya kuboku kimin üzünə güləcək?

 

 

Planetin ən güclü güləş dövlətlərinin yığma komandaları Tehrana toplaşmışlar. Dünən İran İslam Respublikasının paytaxtında yunan-Roma güləşi üzrə Dünya kuboku yarışına start verilmişdir. İki gün davam edəcək turnirin mükafatçıları bu gün məlum olacaq.

İlkin mərhələdə rəqiblər iki qrupa bölünmüşlər. Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstan komandaları ilə birlikdə “B” qrupuna daxildir. “A” qrupunda Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan güləşçiləri mübarizə aparırlar.

Sabah isə xalça üzərində “klassikləri” sərbəst üsulla güləşənlər əvəz edəcəklər. Bu turnirdə də on ölkənin komandaları yarışacaq: Azərbaycan, İran, Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Qazaxıstan, Yaponiya, Belarus və Bolqarıstan.

Görək bu məsul yarışlarda kim daha yüksək ustalıq nümayiş etdirəcək, Dünya kuboku hansı ölkələrin üzünə güləcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında