İlkin mərhələ finişə yaxınlaşır

 

 

Topaz Premyer Liqasında ilkin mərhələ yarışları tədricən finişə yaxınlaşır. Əvvəlki turlardan buraxılmış iki görüş oynanıldıqdan sonra (onların nəticələrini xatırladırıq : AZAL-“Neftçi”-1:2, “Turan”-“Bakı”-0:4) çempionatın bütün iştirakçıları eyni miqdarda-hərəyə 19 oyun keçirmişlər.

İlkin mərhələnin başa çatmasına üç tur qalmış turnir cədvəlinə “İnter” başçılıq edir. Liderin 37 xalı vardır. AZAL üzərində qələbədən sonra ikinci mövqeyə yüksələn “Neftçi” 35 xal toplamışdır. Üçüncü-dördüncü pillələrdə irəliləyən “Simurq” və “Qarabağ” müvafiq surətdə 34 və 32 xala malikdirlər. Birinci altılıqda sonuncu iki yeri “Qəbələ” (29 xal) və “Xəzər—Lənkəran” (24) tuturlar.

Növbəti, iyirminci turun oyunları təqvimdə fevralın 16-17-nə təyin edilmişdir. Bu turda azarkeşləri “Bakı”-AZAL, “Kəpəz”-“Rəvan”, “Qarabağ”-“Sumqayıt”, “İnter-”“Qəbələ”, “Xəzər-Lənkəran”-“Turan” və “Simurq”-“Neftçi” görüşləri gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında