Rusiya ABŞ-dan ət məhsullarının idxalını dayandırır

Amerika Birləşmiş Ştatları Rusiyadan Dünya Ticarət Təşkilatına daxil olarkən götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.Amerikalılar Moskvadan tələb edib ki, ABŞ-dan ixrac edilən ətə tətbiq etdiyi qadağanı götürsün.Bu barədə BBC məlumat yayıb.

ABŞ-ın ticarət naziri Ron Kirk ölkəsində istehsal olunan ətin təhlükəsizlik standartlarına cavab verdiyini deyib. Vaşinqton Moskvanın atdığı bu addımından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, bir müddət öncə, Rusiya Kənd təsərrüfatı mallarına nəzarət komitəsi fevralın 11-dən etibarən ABŞ-dan ət  və ət məhsullarının gətirilməsini yasaqlayan qərar qəbul etmişdi. Moskva bunu həmin məhsulların tərkibində əzələləri şişirdən raktopaminin olması ilə əlaqələndirmişdi.

Rusiyalı mütəxəssisləri hesab edir ki, bu maddə insan sağlığı üçün təhlükəlidir.

 

Elçin ABBASOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında