Beş medal və komanda hesabında ikinci yer

 

 

Ölkəmizin sərbəst üsulla güləşənləri Ankarada keçirilmiş Yaşar Doğunun xatirəsinə həsr edilən beynəlxalq turnirdə uğurla çıxış etmişlər. Təmsilçilərimizdən beş nəfəri fəxri kürsüdə təbrikləri qəbul etmişdir.

Komandamızda ən böyük müvəffəqiyyətə 74 kq çəki dərəcəsində yarışan Aleksandr Qostiyev nail olmuşdur. O, bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalına sevinmişdir.

Pekin və London olimpiadalarının bürünc mükafatçısı Xetaq Qazyumov (96 kq) yalnız finalda uduzub ikinci yeri tutmuşdur. Üç güləşçimiz Yaşar  Əliyev (55 kq), Hacı Əliyev (60 kq) və Cəmaləddin Məmmədov (120 kq) evə bürünc medallarla qayıtmışlar.

Komanda hesabında Azərbaycan kollektivi Türkiyə yığmasından sonra ikinci olmuşdur. Üçüncü yeri Gürcüstan güləşçiləri tutmuşlar.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında