Moskva festivalından “Aeroflot open”ə

 

 

Azərbaycan şahmatçısı Rauf Məmmədov Rusiya paytaxtında yenicə başa çatmış beynəlxalq festivalın əsas yarışı “A” turnirinin üç mükafatından birini qazanmağa çox yaxın olmuşdur.

Qrossmeysterimiz sonuncu, doqquzuncu turda Pavel Smirnovla (Rusiya) heç-heçə oynayaraq turniri 7 xalla başa vurmuş və yarışın rusiyalı qalibi Boris Savçenkodan yalnız yarım xal geri qalmışdır.

Məmmədov kimi, daha səkkiz iştirakçı 7 xal toplamışdır. Rauf əlavə göstəricilərə görə dördüncü olmuşdur. Bu turnirdə çıxış etmiş Azərbaycan şahmat məktəbinin digər yetirmələri arasında daha yaxşı nəticə göstərən Qədir Hüseynov 6,5 xalla 230 rəqib arasında 14-cü yeri tutmuşdur.

Moskva festivalı finişə çatan kimi “Aeroflot  open” starta çıxmışdır. Bu yarışın iştirakçıları rapid və blits turnirlərinin mükafatları uğrunda mübarizə aparırlar. Onların arasında bir qrup Azərbaycan şahmatçısı da vardır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında