Futbol... din... siyasət

Uruqvay - Qana 4-2
Hollandiya - Braziliya 2-1
Almaniya - Argentina 4-0
Paraqvay - İspaniya 0-1
Bu, nəticələri bir çoxlarını məyus edən dünya çempionatının 4\1 final mərhələsinin oyunlarıdır. Əlbəttə ki, daha böyük gözləntilərə baxmayaraq Braziliya və Argentina bu mərhələdə məğlub oldular və mübarizəni dayandırdılar. Üç Avropa və bir Cənubi Amerika komandası yarımfinala çıxdı. Bu da əlbəttə ki, dünya çempionatı kimi mötəbər yarışda böyük nəticə sayıla bilər.
Bu məğlubiyyətlər əlbəttə ki, ən çox Argentina və Braziliya tərəfini ağrıdır. Oyun öncəsi müsahibələrində Argentinanın baş məşqçisi Dieqo Maradona Avropa futbolunun öldüyünü qeyd edirdi. Bəs görəsən Maradona kimi futbolçu transfer siyasətinin futbolun inkişafına verdiyi töhfələrdən xəbərsizdirmi? Bu mövzuya növbəti saylarımızda ətraflı yer ayıracağıq. Hələlik isə fakt faktlığında qalır. Argentina Avropa komandasına məğlub oldu, özü də biabırçı hesabla.
Braziliya yığmasının məğlubiyyəti isə futbolçulardan daha çox dindar braziliyalıları məyus edib. Axı, bu oyundan əvvəl onlar millilərinə dəstək məqsədilə Rio de Janeiro şəhərində ucaldılan İsa Məsihin heykəlini doğma komandalarının futbolkalarının rəngində, sarı rəngdə işıqlandırıblar. Deyəsən bu addım əks - təsir göstərib - Allahın qəzəbinə gəliblər. Bəlkə də məğlubiyyətə səbəb həmişə sarı rəngli futbolkalarda oynayan braziliyalıların Hollandiya ilə görüşə göy rəngli maykalarda çıxmasıdır. Axı sonda heç də sarı rəngdən çox fərqlənməyən narıncı formalı hollandlar qalib gəldilər.
Yaxud da ki, futbolçuların əksəriyyətinin meydana çıxarkən ot örtüyünü öpərək xaç çəkməyi. Yaxud da braziliyalı Kakanın İslam dinini qəbul etməsinin reportyorlar tərəfindən qabardılması. Yaxud da şamanların stadionlara xeyir-dua verməsi. Əlbəttə ki, bu hər bir futbolçunun, azarkeşin, xalqın inancıdır. Lakin sonda qələbə çalan güclülərdir. Dinindən, imanından asılı olmayaraq.
Dindən savayı, futbola siyasilər də qarışıblar. Milli yığmalarının məğlubiyyəti və qələbəsi onları həddindən artıq qəzəbləndirir, ya da sevindirir. Nigeriyanın Prezidenti Qudlak Conatan bir az da irəli gedib. Millisinin uğursuz oyununa görə yığmanı 2 il müddətinə beynəlxalq oyunlarda iştirakına qadağa qoyub. Bu da FİFA-nı çox qəzəbləndirib. Federasiya insidentlə bağlı Nigeriya rəhbərliyinə ultimatum verib. Əgər bu qadağa götürülməzsə, Nigeriya futbol federasiyasının diskvalifikasiya olunacağını bildirilib.
Almaniya kansleri Angela Merkel isə əksinə. Yığmanın Argentina ilə oyununu izləmək üçün CAR-a səfər edib. Hətta əvvəlcədən komandasının qələbə proqnozunu da verib. Oyundan sonra isə kanslerin hərəkətləri ilə Dieqo Maradonanın durumu arasında kontrastları izləmək çox maraqlı idi.
Komandasının məğlubiyyətinin Fransa siyasiləri arasında böyük səs-küyə səbəb olması da FİFA-nı narahat edib və bununla bağlı öz münasibətlərini bildiriblər. Ölkə rəhbərlərinin yığmanın oyunçuları, məşqçiləri və federasiyanın üzvləri ilə keçirdikləri görüşlər, Fransa Futbol Federasiyasının prezidenti Jan Pyer Eskalettin istefası FİFA-nın narahatçılığına əsas səbəblərdəndir. 19-cu dünya çempionatı həm də oyunun əsas vaxtı ərzində qola çevrilməyən penaltilərin antirekorduyla da yadda qalacaq. Belə ki, CAR-da artıq 6 penalti qapıdan keçirilməyib.
Almaniya yığmasının futbolçusu Miroslav Kloze isə dünya çempionatlarında 15 qolu olan braziliyalı Ronaldonun rekordunu vurmaq fikrindədir. Xatırladaq ki, hazırda o, 14 qolla Pele ilə bir sıradadır. Fransız Cyust Fontenin aktivində 13, alman Herd Müllerin isə 14 qolu var.
2\1 final
6 iyul - Hollandiya - Uruqvay - 23.30
7 iyul - Almaniya - İspaniya - 23.30

{nl}


Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında