Fərid Mansurov yığma komandaya baş məşqçi təyin olunmuşdur

İkiqat dünya və Olimpiya çempionu Fərid Mansurov yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi təyin olunmuşdur. Bununla əlaqədar olaraq yığma komandanın bazasında tədbir keçirilmişdir.
Tədbirdə yunan-Roma güləşi üzrə yığma komandanın üzvləri, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov və digər federasiya rəsmiləri iştirak etmişlər. E.Cəfərov komandaya yeni baş məşqçini təqdim edərək, Fərid Mansurova yeni vəzifəsində uğurlar arzulamışdır. O, Olimpiya çempionuna son Avropa çempionatında aldığı zədəyə görə idmançı kimi karyerasının bitdiyini və federasiya rəhbərliyinin güləşçini bu vəzifəyə layiq gördüyünü bildirmişdir.
Vitse-prezident, həmçinin, böyüklərdən ibarət yığmanın sentyabr ayında dünya çempionatında, gənclərdən ibarət yığma komandanın yaxın günlərdə Avropa çempionatında, yeniyetmələrdən ibarət yığma komandanın isə Tbilisidə beynəlxalq turnirdə iştirak edəcəyini qeyd etmişdir.
Daha sonra isə çıxış edən Mansurov federasiya rəhbərliyinə göstərilən etimada görə minnətdarlığını bildirmişdir.
Sonda yunan-Roma güləşi üzrə yığma komandanın bütün üzvləri xatirə şəkli çəkdirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında