Seviliya turnirində Bəhruz Rzayev liderdir

 

Xəbər verdiyimiz kimi, Azərbaycan şahmat məktəbinin iki yetirməsi Bəhruz Rzayev və Azər Mirzəyev İspaniyanın Seviliya şəhərində keçirilən 38-ci beynəlxaq turnirdə iştirak edirlər. Təmsilçilərimiz 170-dən çox rəqibin mübarizə apardığı bu ənənəvi yarışa inamla başlamışlar.

Startda hərəyə ardıcıl iki qələbə qazanan Rzayev və Mirzəyev üçüncü turda İspaniya şahmatçıları ilə görüşmüşlər. Bəhruz Sebastyan Romeroya qalib gələrək xal ehtiyatını  3-ə çatdırmış, Azər isə Karlos Qarsia Barrero ilə heç-heçə oynamışdır.

Üç turdan sonra Rzayev kimi daha 15 iştirakçının 3 xalı vardır. Lakin əlavə göstəricilərə görə turnir cədvəlinə Azərbaycan şahmatçısı başçılıq edir. Mirzəyev isə 2,5 xalla 17-ci pillədədir.

Turnir məsafəsinin üçdəbir hissəsi artıq arxada qalmışdır. Dünən axşam rəqiblər dördüncü turun görüşlərində qarşılaşmışlar.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında