Xatirə turnirində altı qızıl medal

Bakıda 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst

Bakıda 20 Yanvar şəhidi Müşviq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst

güləş üzrə beynəlxalq turnir başa çatmışdır. Artıq ənənə halını almış bu yarışın iştirakçıları on çəki dərəcəsində rəqabət aparmışlar.

Azərbaycan güləşçiləri turnirdə daha yaxşı hazırlıq nümayiş etdirmişlər. Xalça sahiblərindən altı nəfəri çıxışlarını fəxri kürsünün ən yüksək pilləsində başa vurmuşdur. Fazil Həsənov (46 kq), Mahir Əmiraslanov (50 kq), Məhəmmədəli Əliyev (58 kq),  Teymur Məhəmmədov (63 kq), Məhəmmədrəsul Qazıməmmədov (76 kq) və Turxan Qurbanov (85 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanmışlar.

Qalan dörd çəki dərəcəsindən ikisində gürcüstanlı qonaqlarımız, daha ikisində isə Rusiya və Özbəkistan güləşçiləri qalib gəlmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında