Begemot, oxlu kirpi, meymun... indi də Paul

Uruqvay - Cənubi Koreya 2-1
ABŞ - Qana 1-2
Hollandiya - Slovakiya 2-1
Braziliya - Çili 3-0
Almaniya - İngiltərə 4-1
Argentina - Meksika 3-1
Paraqvay - Yaponiya 5-3
İspaniya - Portuqaliya 1-0

8/1 final mərhələsi çox gərgin keçdi. Bəzi gözləntilər özünü doğrultdu. Hollandiya, Braziliya, Almaniya, Argentina, İspaniya fovarit olduqlarını bir daha sübut etdilər. Ən böyük arzularına isə almanlar çatdı.
Azərbaycanda birindən soruşanda ki, nərd, domino, və ya şahmat oynaya bilirsənmi? O bunu bir sözlə ifadə edir. "Yaradanını axtarıram". Almaniya yığması da sonuncu oyunu ilə öz ustalığını bir daha sübut etdi. Futbolun Vətəni olan İngiltərəni uddu. Daha doğrusu, darmadağın etdi - 4-1. Pivə də ingilislərə kömək edə bilmədi. Lakin 4\1 finalda Almaniyanın və Braziliyanın bəxtinə daha ciddi rəqiblər düşüb. Bu Argentina və Hollandiya komandalarıdır. İspanlar isə 8\1 finalda 4 il qabaq Portuqaliyadan aldıqları məğlubiyyətin əvəzini çıxıblar. Özü də ki, eyni hesabla - 1-0. Uruqvay, Paraqvay, Qana komandalarının bu çempionatda yaman bəxti gətirib. Bu komandalardan ikisi yarımfinalın bir addımlığındadır.
Bombardirlər cədvəlində isə elə də bir irəliləyiş yoxdur. Argentinalı Qonsalo İquain və David Vilyanın "Qızıl Butsa" mükafatına şansları daha çoxdur.
Meymun, begemot, oxlu kirpidən sonra bu dəfə Oberhauzen şəhərindəki okeanariumda yaşayan osminoq Paul diqqət mərkəzindədir. Deyilənə görə o öz həmkarlarından fərqli olaraq Almaniya yığmasının bütün oyunlarını düzgün proqnozlaşdırıb. Hətta Serbiya komandasına uduzmağını da. İndi isə su heyvanı almanların Argentina üzərində qələbəsinə iddia edir. Belə ki, osminoqun qabağına Almaniya ilə rəqib komandanın bayrağı olan balıqqulağı qoyurlar. O da seçimini bu yolla edir. Əgər bu dəfəki seçim də düzgün olarsa vay onda bukmeykerlərin halına.
Kolleksionerlər isə çempionatdan daha çox fayda götürə bilərlər. CAR polisinin yaydığı məlumata görə FİFA-nın Yohannesburqdakı mənzil qərargahından Dünya Kubokunun 7 nüsxəsi, tanınmış oyunçuların futbol geyimləri oğurlanıb. Lakin bu xəbəri FİFA rəsmiləri təkzib ediblər. Onu da qeyd edək ki, Dünya kuboku qızıldan düzəldilib və 5 kiloqram ağırlığındadır. Nüsxələrin isə qızıldan olub olmaması barədə məlumat verilmir.
FİFA prezidenti Zepp Blatter İngiltərə və Meksika yığmalarından hakimlərin səhvinə görə üzr istəyib. Üzr istəmək əvəzinə çempiona daha dəqiq, güclü hakimlər cəlb etsəydi daha yaxşı olardı. Burada bir misal yerinə düşür.
Meksika ilə oyundan əvvəl baş məşqçi Maradona ilə mərc gələn Lionel Messi isə uduzub. O bu oyunda qol vuracağını bildirsə də İspaniya çempionatının bombordirində bu dəfə də alınmayıb. Nəticədə mərci uduzub. Yaxşı ki, nəticə argentinalılar üçün ürəkaçan olub.{nl}

Mahir QABİLOĞLU , "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında