Dünya kuboku uğrunda yarışda ölkəmiz beş idmançı ilə təmsil olunacaq

Taekvondo üzrə Azərbaycan yığma komandası Dünya kuboku uğrunda yarışlara hazırlaşır. Hazırlığı başa vurduqdan sonra komandamız Dünya kubokunun keçiriləcəyi Çin Xalq Respublikasına yola düşəcək.
Qeyd edək ki, iyulun 17-20-də keçiriləcək Dünya kubokunda ölkəmizin idman şərəfini beş idmançı - Samir Aydınov, Vasif Qurbanov (hər ikisi 58 kiloqram), Fariz Əliyev (68 kiloqram), Ramin Əzizov (87 kiloqram) və Təvəkkül Bayramov (87 kiloqramdan yuxarı) qoruyacaq.
Bu arada Afina-2004 və Pekin-2008 Olimpiya oyunlarının iştirakçısı,taekvando üzrə Azərbaycan yığma komandasının üzvü Rəşad Əhmədov mətbuata verdiyi açıqlamada deyib ki, o, Dünya kubokunda iştirak edə bilməyəcək.Buna idmançımızın ötən ay Sankt-Peterburqda keçirilən Avropa çempionatı ərəfəsində aldığı zədənin hələ də sağalmaması səbəb olub. O bildirib ki, 15 gün müalicə olunduqdan sonra hər şey qaydasında olsa da, məşqə çıxan kimi yenidən həmin zədə təzələnib: "Yığmanın heyətində Kanadaya beynəlxalq turnirə yollanmalı idim. Müəyyən vaxt hazırlıq keçmədiyimdən məşqlərə başladım və özümü qorumadım. Elə ilk gündə yenidən zədələndim. Ancaq indi yavaş-yavaş hər şey qaydasına düşür. Dünya kubokuna getməsəm də, artıq qaçışlara başlamışam. İnanıram ki, komanda Bakıya qayıtdıqdan sonra onlara qoşulacağam". R. Əhmədov karyerasını bitirmək barədə düşünmür: "Mənim uğurlarım hələ irəlidədir. Zədəm yenilənsə də, məşqlərimi davam etdirəcəyəm. Karyeramı bitirməyi ağlımdan belə keçirmirəm. Yenidən yarışlara qatılacağam və qələbələrimlə komandamıza öz töhfəmi verəcəyəm".

{nl}

Mahmud QƏZƏNFƏROĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında