Pivə kömək edəcəkmi? "Avropada futbol ölür..."

"Cənubi Amerikada isə inkişaf edir". Bu fikrə Dieqo Maradona qrup turnirinin seçmə oyunlarından sonra gəlib. Argentina yığmasının baş məşqçisi finalda Braziliya ilə qarşılaşmaq arzusunu dilə gətirərək, belə olan halda, bu oyunun nəsillərin yaddaşından silinməyəcəyini söyləyib.
Həqiqətən, 24 iyun oyunlarından - Kamerun - Hollandiya (1-2), Danimarka-Yaponiya (1-3), Slovakiya-İtaliya (3-2), Paraqvay-Yeni Zellandiya (0-0) sonra dünya çempionu İtaliyanın da 8/1 finala çıxmadan eks-çempion adına layiq görülməsi, amma Cənubi Amerikadan olan bütün komandaların hamısının uğurla çıxış etməsi Maradonanın haqlı olduğunu sübut edir. Avropa futbolu hətta onun çempionatlarında çıxış edən legionerlərə də pis təsir göstərib. Çempionatlarında ən çox qolvuran bu ulduzlar, hələ ki, özlərini göstərə bilmirlər. Belə getsə, transferlər Avropa yox, Cənubi Amerika, Asiya istiqamətinə dəyişəcək.
Kamerun və İtaliya yığma komandalarının uğursuz çıxışına görə məsuliyyəti isə baş məşqçilər üzərlərinə götürüblər. Bunun isə artıq heç bir əhəmiyyəti yoxdur.
İngiltərənin baş məşqçisi Fabio Kapello isə bildirib ki, Sloveniya ilə həlledici oyundan əvvəl oyunçulara pivə içməyi təklif edib. Bununla o oyuna hazırlığa hansısa bir dəyişiklik gətirmək istəyib. "Əgər mənə inanmırsınızsa onda oyunçuların hansından istəyirsiniz soruşa bilərsiniz" - deyə Kapella jurnalistlərə müraciət edib. Yarımmüdafiəçi Frenk Lempard baş məşqçinin bu sözlərini təsdiq etsə də, oyunçulardan hər hansının bu təklifdən yararlandığına şübhə ilə yanaşdığını da söyləyib.
Xatırladaq ki, İngiltərə 8/1 finalda Almaniya yığmasıyla oynayacaq. Alman pivəsi isə dünyada adla çağrılır. Rəqibi isə öz silahıyla vurmaq gözəl taktikadır. Görəsən, bu fənd futbolda da alınacaqmı? Dünya müharibəsi vaxtı rus əsgərlərinin, nəyi olmasa da, arağı bol imiş. İçəndən sonra axı insan daha ürəkli olur. Hətta tankın da üstünə gedir. Əgər pivə ingilislərə kömək eləsə, gələn dünya çempionatında Rusiya hökmən çempion olacaq.
Göründüyü kimi, artıq komandalar bəhanələrdən əl çəkiblər. Vuvuzeladan, Jabulani topundan gileylənmirlər. Artıq kömək arayırlar. Saman çöpü axtarırlar.{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında