Almaniya və İngiltərə növbəti mərhələyə çıxdı

"C" və "D" qrupunda gözlənilənlər öz təsdiqini tapdı. Azarkeşləri 2 oyun ərzində intizarda qoyan, 3-cü oyunda da 1-0 minimal hesabıyla bütün matç boyu həyəcan yaşadan Almaniya və İngiltərə yığmaları axır ki, növbəti mərhələyə çıxdılar.
Sonuncu oyunlar isə çox gərgin və maraqlı keçdi. İlk olaraq İngiltərə - Sloveniya və ABŞ-Əlcəzair komandaları meydana çıxdılar. Sloveniyanı heç-heçə qane etsə də İngiltərə və ABŞ komandaları növbəti mərhələyə çıxmaq üçün hökmən qələbə qazanmalıydılar. Və bu vəzifənin öhdəsindən gələ bildilər. "D" qrupunda isə hadisələr Qana komandasının xeyrinə işlədi. Afrika komandası Almaniyaya 0-1 hesabıyla məğlub olmasına baxmayaraq, Avstraliya yığmasının serblər üzərində qələbəsi onu növbəti mərhələyə çıxardı.
8/1 finalda ABŞ "D" qrupunun 2-cisi Qanayla, ingilislər isə "D" qrupunun 1-cisi almanlarla görüşəcəklər.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında