Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir

Noyabrın 4-də Dənizkənarı Milli Parkda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, idman federasiyalarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə qonaqlar federasiyalar tərəfindən quraşdırılmış stendlərə baxmışlar.
Sonra balaca idmançılar nümunəvi çıxışlar etmişlər.
Gənclər və idman naziri Azad Rəhimov ötən 20 il ərzində MOK-un böyük uğurlar əldə etdiyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, olimpiya yığmamızın qazandığı nailiyyətlər göz qabağındadır. Ölkəmizdə idmançılara dövlət tərəfindən həmişə qayğı göstərilir. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Azərbaycanda inkişaf bütün sahələri əhatə edir. Bunlardan biri də Olimpiya hərəkatıdır. Respublikamızda yeni olimpiya kompleksləri istifadəyə verilmiş, idman infrastrukturu möhkəmləndirilmişdir. Bütün bu nailiyyətlərin əsasında Milli Olimpiya Komitəsinin Prezidenti, ölkə başçısı İlham Əliyevin respublikamızda idmana böyük qayğı ilə yanaşması dayanır.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idmançılarımızın Olimpiya Oyunlarındakı uğurlarından danışmış və ölkəmizdə Olimpiya hərəkatının günü-gündən inkişaf etdiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, cari ildə Londonda keçirilmiş XXX Yay Olimpiya Oyunlarında idmançılarımızın qazandıqları nailiyyət MOK-un 20 illiyinə böyük töhfə olmuşdur. Əldə olunmuş uğurlar ölkəmizdə idman siyasətinin düzgün aparıldığından xəbər verir.
İkiqat paralimpiya çempionu, cüdoçu İlham Zəkiyev ölkəmizdə idmançılara göstərilən dövlət qayğısından danışmış, respublikamızda sağlam gəncliyin mövcud olduğunu diqqətə çatdırmış və Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanındığını bildirmişdir.
Sonra gimnastların nümunəvi çıxışları təqdim olunmuşdur. Həmçinin, peşəkar idmançılar tərəfindən paytaxt sakinləri üçün ustad dərsləri də keçirilmişdir.
Tədbir konsert proqramı ilə davam etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında