Məmmədyarov da birinci onluqda

Beynəlxalq Şahmat Federasiyası 2012-ci il noyabrın 1-nə olan vəziyyətə görə reytinq cədvəlini dərc etdirmişdir. Norveçli Maqnus Karlsenin (2848) başçılıq etdiyi siyahıda dünyanın ən yüksək reytinqə malik on şahmatçısı sırasında Azərbaycanın iki təmsilçisi də vardır.
Teymur Rəcəbov (2793) əvvəlkitək cədvəldə dördüncü mövqedədir. Şəhriyar Məmmədyarov (2764) isə birinci onluğa müəyyən fasilədən sonra qayıtmışdır. Qrossmeysterimiz siyahıda onun kimi 2764 xalı olan rusiyalı Aleksandr Qrişukla doqquz-onuncu pillələri bölüşür. Oktyabrla müqayisədə reytinqini 16 xal artıran Məmmədyarov bu irəliləyişə FİDE-nin "Qran-Pri" yarışları seriyasından birinci mərhələ turnirində uğurlu çıxışları sayəsində nail olmuşdur. Xatırladaq ki, bir ay əvvəlki cədvəldə Şəhriyar 14-cü yerdə idi.
Azərbaycanın daha bir şahmatçısı, səhhəti ilə əlaqədar xeyli müddətdir ki, yarışlarda çıxış etməyən Vüqar Həşimov (2737) isə reytinq cədvəlində 20-cidir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında