Fransa "birinci" oldu

Dünya çempionatında qızıl medallara namizəd, ötənilki çempionatın gümüş medalçısı Fransa yığması qrup turnirində 2 məğlubiyyət və 1 heç-heçə nəticəsi ilə Vətəninə əliboş qayıdan ilk komanda oldu. Necə deyərlər, boş söz-söhbətlər, komandadaxili çəkişmələr CAR-la oyunda özünü daha kəskin şəkildə göstərdi.
Nikolya Anelkayla baş məşqçi Domenekin mübahisəsi, məlumatın qəzetlərə sızdırılması və hücumçunun komandadan qovulması, bunun nəticəsi olaraq yığmanın məşqləri boykot etməsi izsiz ötüşmədi. Fransa Futbol Federasiyasının baş katibi Anri Monteyinin işə qarışmasından sonra məlum olub ki, boykotun təşəbbüskarları Nikolya Anelkanın dostları Terri Anri, Erik Abidal və Vilyam Qallas imiş.
Öz növbəsində baş məşqçi Raymon Domenek CAR-la görüşə start heyətdə olmayan 6 yeni oyunçu buraxıb. Kapitan Patris Evra, Erik Abidal, Jeremi Tulalan, Floran Maluda və Sidney Qovu oyunu ehtiyat oyunçularla bir sırada seyr ediblər. Bəlkə də bütün bu amillərin nəticəsi olaraq çempionatın debutantı olan CAR komandası qələbə qazanıb.
"A" qrupundan növbəti mərhələyə isə Meksika və Uruqvay çıxıblar. Fransa Vətənə qayıdan məğlublar arasında 1-ci olub, özü də xanımları ilə birlikdə. 8/1 finalda Uruqvay "B" qrupunun 2-cisi Cənubi Koreya ilə Meksika isə "B" qrupunun qalibi Argentina ilə qarşılaşacaq.
Argentinaya 2-0 hesabıyla uduzan Yunanıstan, Cənubi Koreya ilə heç-heçə edən Nigeriya isə mübarizəni elə bu mərhələdəcə dayandırıblar.
İyunun 23-də "C" qrupunda qrup turnirinin sonuncu oyunları keçirilib.
Sloveniya - İngiltərə (0-1)
ABŞ -Əlcəzair (1-0)

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında