Hakimin fiti olmasaydı...

İyunun 21-də qrup mərhələsinin 2-ci dövrəsinə yekun vuruldu. Sonuncu oyunlarda isə sürpriz yaşanmadı. Azarkeşlər axır ki, favorit saydıqları Portuqaliya və İspaniya komandalarından gözlədikləri oyunu gördülər. Portuqaliya isə xüsusi həzz verdi, əlbəttə ki, vurduğu 7 qolla. Deyəsən, yağışlı havada Jabulani topunu daha yaxşı ram etmək olur.
Yaxşı ki, hakimin final fiti səsləndi. Yoxsa, 2-ci hissədə vurulan qol 6 yox, daha çox ola bilərdi. Sanki Portuqaliya yığması 19-cu Dünya çempionatında yaşanan qol qıtlığının yerini doldururdu. KXDR komandasının isə Braziliya ilə göstərdiyi oyundan əsər-əlamət qalmamışdı. Baş məşqçi Kim Xon Çon böyük hesablı məğlubiyyətə görə bütün günahı öz boynuna götürüb. Bildirib ki, oyunda düzgün strategiya seçimi olmayıb. Yəqin ki, vurulan bu qollar növbəti mərhələyə çıxmaq üçün Portuqaliya komandasına çox kömək edəcək. Bəlkə də, artıq kömək edib. Çünki Kot d.İvuar komandası KXDR-lə oyunda qələbə qazanmaqla yanaşı, həm də 8-9 cavabsız qol vurmalıdır ki, qrupda 2-ci olsun. Üstəlik də Portuqaliya Braziliya yığmasına uduzsun.
Ulduzlar komandası sayılan İspaniya da axır ki, 2-ci oyununda qələbə çala bildi. Hondurasla görüşdə daha çox qol gözlənilsə də onun sayı cəmi 2 oldu. Bu qrupda vəziyyət gərgin olaraq qalır. Hər şey sonda məlum olacaq. Belə ki, 6 xalı olan Çili, hərəyə 3 xalı olan İspaniya, İsveçrə son qarşılaşmalarda hökmən qələbə qazanmalıdırlar. Düzdür, Çilini ispanlarla oyunda heç-heçə qane etsə də, İspaniya yığmasına bu məğlubiyyətə bərabər ola bilər.
Çili-İsveçrə oyununda hakimin 1-ci hissədə qırmızı vərəqəsi yenə təəssüflə qarşılandı. 30-cu dəqiqədə Valon Behraminin meydandan qovulması nə qədər qəribə idisə, İspaniyanın hücumçusu David Vilyanın honduraslı rəqibinə yumruq atması və buna görə heç xəbərdarlıq belə almaması bir qədər təəccüb doğururdu. Görünür, dünya futbolunda da siyasətdə olduğu kimi ikili standartlar mövcuddur. İyunun 22-də qrup mərhələsinin 3-cü dövrəsinin ilk oyunları keçirilib.
Fransa - CAR - 1-2
Meksika - Uruqvay - 0-1

{nl}

İkinci dövrədən sonra turnir cədvəli Qrup mərhələsi
A                         O    Q    H    M    T       X
Uruqvay              2    1    1     0    3-0    4
Meksika                2    1    1     0    3-1   4
Fransa                 2     0    1    1     0-2   1
CAR                    2     0     1    1     1-4   1
B
Argentina            2    2     0    0      5-1   6
Cənubi Koreya    2    1     0    1      3-4   3
Yunanıstan          2   1      0    1      2-3   3
Nigeriya               2   0      0    2      1-3   0
C
Sloveniya             2   1     1     0      3-2   4
ABŞ                     2    0     2    0      3-3   2
İngiltərə               2    0     2    0      1-1   2
Əlcəzair               2    0     1    1       0-1   1
D
Qana                   2   1     1     0      2-1    4
Almaniya             2    1     0    1      4-1     3
Serbiya               2    1     0    1      1-1     3
Avstraliya            2    0     1    1      1-5     1
E
Hollandiya           2    2     0    0      3-0     6
Yaponiya            2    1     0    1      1-1     3
Danimarka         2     1     0    1      2-3     3
Kamerun           2      0    0    2      1-3      0
F
Paraqvay          2      1    1    0      3-1      4
İtaliya                2      0    2    0     2-2      2
Yeni Zelandiya   2      0    2    0     2-2      2
Slovakiya          2      0    1    1     1-3      1
G
Braziliya            2      2     0    0     5-2      6
Portuqaliya       2      1    1     0    7-0       4
Kot-d.İvuar      2       0   1     1     1-3      1
KXDR               2       0    0    2     1-9      0
H
Çili                    2       2    0    0     2-0     6
İspaniya           2       1    0    1      2-1    3
İsveçrə            2       1    0     1     1-1     3
Honduras        2        0    0    2     0-3     0

{nl}

23 iyun
Sloveniya - İngiltərə
ABŞ - Əlcəzair
Avstraliya - Serbiya
Qana - Almaniya

{nl}

24 iyun
Slovakiya - İtaliya
Paraqvay - Yeni Zelandiya
Danimarka - Yaponiya
Kamerun - Hollandiya

{nl}

25 iyun
KXDR - Kot-d.İvuar
Portuqaliya - Braziliya
Çili - İspaniya
İsveçrə - Honduras

{nl}

Mahir QABİLOĞLU,"Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında