Hər iki matçda 6:0

Azərbaycanın SOCAR komandası İsrailin Eylat şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında daha iki qələbə qazanmışdır. Üçüncü-dördüncü turlara təsadüf edən bu uğurlara Norveçin "Oslo" və İsveçrənin "Sürix" komandaları ilə görüşlərdə nail olunmuşdur. Hər iki matçda 6:0 hesabı qeydə alınmışdır.
Teymur Rəcəbovla Şəhriyar Məmmədyarovun istirahət etdikləri dördüncü turda təmsilçimiz "Sürix"ə qarşı Veselin Topalov, Aleksandr Qrişuk, Qata Kamski, Emil Sutovski, Eltac Səfərli və Qədir Hüseynovdan ibarət heyətlə oynamışdır.
Dörd turdan sonra turnir cədvəlinə hərəyə 8 xala malik Rusiyanın "Sankt-Peterburq Şahmat Federasiyası" və "Tomsk - 400" klubları başçılıq edirlər. SOCAR və daha altı komanda 6 xalla üçüncü-doqquzuncu yerləri bölüşdürürlər.
Dünən axşam keçirilən beşinci turda Azərbaycan klubu Çexiyanın "Novi Bor" komandası ilə görüşmüşdür. Xatırladaq ki, İsveçrə sistemi üzrə keçirilən çempionat yeddi turdan ibarətdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında