Məğlubiyyətdən sonra qələbə

İsrailin Eylat şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatının medalları uğrunda 34 komanda mübarizə aparır. Çempionat yeddi turdan ibarətdir və oktyabrın 17-də başa çatacaq. Hər komandanın heyətinə səkkiz şahmatçı daxildir - 6 əsas və 2 ehtiyat oyunçu. 
"SOCAR Azerbaijan" komandasının şərəfini Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Eltac Səfərli, Qədir Hüseynov, habelə Veselin Topalov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya), Qata Kamski (ABŞ) və Emil Sutovski (İsrail) qoruyurlar.
Birinci tur klubumuz üçün uğursuz olmuşdur. "SOCAR Azerbaijan" startda İsrailin "Aşdod" komandasına 2,5:3,5 hesabı ilə uduzmuşdur.
Bu matçda komandamızdan təkcə Kamski qələbə qazana bilmişdir. Rəcəbov, Qrişuk və Sutovski öz görüşlərini heç-heçə başa çatdırmışlar. Məmmədyarov və Topalov isə məğlubiyyətə uğramışlar.
Dünən axşam keçirilən ikinci turda Azərbaycan klubu Makedoniyanın "Qambit Aseko-See" komandası ilə görüşmüş və qələbə qazanmışdır - 5,5:0,5.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında