Qolunu gördülər, əlini isə görmədilər

Hollandiya - Yaponiya 1-0
Qana - Avstraliya 1-1
Kamerun - Danimarka 1-2
Slovakia - Paraqvay 0-2
İtaliya - Yeni Zellandiya 1-1
Braziliya - Kot-d İvuar 3-1

Qrup turnirinin iyunun 19-da və 20-də keçirilən görüşlərində sonuncu dünya çempionu İtaliya daha bir sürprizə imza atdı. Paraqvaydan sonra onlar Yeni Zellandiya ilə heç-heçə oynadılar (1-1). Buna baxmayaraq onların növbəti mərhələyə çıxmaq üçün ümidləri hələ də kəsilməyib. Braziliya isə artıq qarşısına qoyduğu ilk məsələni həll edib. 2 qələbə onu artıq növbəti mərhələyə çıxarıb. Hollandiya və Argentina da 2 qələbə qazanmaqlarına baxmayaraq hər şey axırıncı oyunlardan sonra məlum olacaq.
Çempionatda isə başqa sürprizlər yaşanmaqda davam edir. Məsələn Braziliya - Kot d.İvuar oyununda Luis Fabianonun əliylə oynaması və qol vurması azarkeşləri heyrətləndirib. Axı bütün bunlar baş hakimin gözünün qabağında baş verirdi. Hətta bunu kameraların yaddaşına düşən hakim, oyundan sonra isə Luis Fabiano da etiraf edir. Bəs nəticə? Nəticədə isə Luis Fabianoya nə sarı vərəqə göstərildi, nə cərimə zərbəsi təyin olundu, əksinə üstəlik qolu da hesaba alındı. Necə deyərlər hakim Fabianonun əlini görmədi, qolunu isə gördü. Belə halda ruhdan düşən Kot d.İvuar komandasını başa düşmək çətin deyil.
Jurnalistlər bu dəfə də aranı qarışdırıblar. Fransa - Meksika oyununda fasilə zamanı hücumçu Anelek ilə məşqçi Domenek arasında baş verən təhqir dolu mübahisənin mətbuata çıxması aranı qarışdırıb. Nəticədə isə hücumçu komandadan qovulub. Oyunçular isə buna etiraz olaraq məşqə çıxmayıblar. Bundan təsirlənən yığmanın baş direktoru Jan Lui Valanten də istefa verib.
Hadisə o qədər şişib ki, məsələyə Fransanın Prezidenti Nikola Sarkozi də qarışıb. O, ölkəsinin idman nazirinə CAR-da məşqçi Domenek və kapitan Evra ilə görüşməyi tapşırıb. İyunun 20-də isə Fransa futbolçuları artıq baykotu dayandırıblar. Nikola Anelka və zədəsi olan Sedrik Karrassodan başqa hamı meydana məşqə çıxıb. Göründüyü kimi, adi bir mübahisənin qəzet səhifəsinə çıxması, daha doğrusu, informasiyanın sızdırılması necə qalmaqal yaradıb. Əbəs yerə mətbuata 4-cü hakimiyyət demirlər, a..? Onu da qeyd edək ki, Fransa yığmasının növbəti mərhələyə çıxması üçün CAR millisinə qalib gəlməsi, Uruqvay və Meksika komandalarının heç-heçə etməsi vacibdir.
İyunun 21-də isə qrup turnirinin növbəti oyunları keçirilib.
Portuqaliya - KXDR (7-0)
Çili - İsveçrə (1-0)

{nl}

Mahir QABİLOĞLU "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında