Dünya çempionatının medallarına səkkiz iddiaçı qalır

Azərbaycanda keçirilən 17 yaşınadək qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulmuş və yarışın 16 iştirakçısından yarısı çempionatla vidalaşmışdır. İlkin mərhələdə öz qruplarında ilk iki yerdən birini tutmuş ən yaxşı səkkiz kollektiv isə üç dəst medal uğrunda mübarizədə yoluna davam edir. 
Dörddəbir finala vəsiqələrin sahibləri ötən şənbə və bazar günləri keçirilmiş üçüncü turun oyunlarından sonra məlum olmuşdur. "A" qrupunda hərəyə 7 xal toplayan Nigeriya və Kanada komandaları fərqlənmişlər. Afrikalılar qrup mərhələsinin finişində Kolumbiya yığmasının qapısından üç cavabsız top keçirmişlər (3:0), kanadalıların isə Azərbaycan futbolçuları üzərində qələbəsini yeganə qol təmin etmişdir - 1:0. Əvvəlki görüşlərdə böyük hesabla məğlubiyyətə uğrayan çempionat sahibləri bu dəfə pis təsir bağışlamamış, axıradək rəqiblərinə ciddi müqavimət göstərmişlər. Bu isə belə bir qənaətə gəlməyə əsas verir ki, komanda müəyyən təcrübə toplamışdır və gərgin məşqlər sayəsində növbəti çempionatı daha yaxşı hazırlıqla qarşılaya bilər.
"B" qrupu. ABŞ-KXDR - 1:1, Qambiya-Fransa - 2:10. Dörddəbir finala vəsiqələri hərəyə 7 xal toplayan koreyalılar və fransızlar qazanmışlar. ABŞ futbolçuları da onlarla eyni nəticə göstərmiş, lakin topların fərqinə görə üçüncü yerlə kifayətlənməli olmuşlar.
"C" qrupu. Yaponiya-Meksika - 9:0, Yeni Zelandiya-Braziliya - 3:4. Qrupda birinci yeri yüzfaizli nəticə ilə yaponiyalı qızlar tutmuşlar - 9 xal. İkinci yerə 6 xalla Braziliya sahib olmuşdur.
"D" qrupu. Almaniya-Uruqvay - 5:2, Çin-Qana - 0:2. Almanlar (7 xal) və Qana futbolçuları (6) da ən güclü səkkiz komanda sırasındadırlar. Dörddəbir final oyunları oktyabrın 4-5-də keçiriləcəkdir. Yarımfinalın astanasında azarkeşləri KXDR-Kanada, Nigeriya-Fransa, Almaniya-Braziliya və Yaponiya-Qana görüşləri gözləyir. Xarici qonaqların Azərbaycanda dünya çempionatının təşkilini yüksək qiymətləndirdiklərini də qeyd edək.
Məsələn, Yaponiya komandasının baş məşqçisi Xiroşi Yoşida azerisport.com-a müsahibəsində demişdir:
- Komandalar üçün hər cür şərait yaradılıb. Burada bizim problemimiz yoxdur. Təşkilatçılar öz işlərini yaxşı yerinə yetirirlər. Bizə isə yalnız oynamaq qalır.
Kanadalı məşqçi Brayan Rozenfeld isə öz fikrini belə ifadə etmişdir:
- Bu, Kanada yığması ilə birlikdə iştirak etdiyim üçüncü çempionatdır. Burada gördüklərimdən çox razıyam. Bu çempionat təşkilatçılıq baxımından ən yaxşı çempionatdır. Azarkeşlərin görüşləri maraqla izləməsi və onların komandalara münasibəti xüsusi zövq verir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında