Məmmədyarov, Gelfand və Leko

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) 2012 - 2013-cü illər üçün "Qran-Pri" yarışları seriyasından Londonda keçirilən birinci mərhələnin ilk üç turunda ən yaxşı nəticəni azərbaycanlı Şəhriyar Məmmədyarov, İsrail təmsilçisi Boris Gelfand və macar Peter Leko göstərmişlər.
Qrossmeysterimiz startda Vasili İvançuk (Ukrayna) və Maykl Adams (İngiltərə) ilə görüşlərdə heç-heçələrdən sonra üçüncü turda hollandiyalı Aniş Girini sınağa çəkmiş və 21-ci gedişdə rəqibini məğlubiyyətlə barışmağa məcbur etmişdir.
Üç turdan sonra Məmmədyarov, Gelfand və Leko hərəyə 2 xalla turnirin liderləri olmuşlar. Bu turlarda Hikaru Nakatura (ABŞ), Leniyer Dominges (Kuba), Veselin Topalov (Bolqarıstan), Aleksandr Qrişuk (Rusiya), Van Hao (Çin) və Adams 1,5, Giri, İvançuk və özbəkistanlı Rüstəm Qasımcanov 1 xal toplamışlar.
Dairəvi sistem üzrə keçirilən turnirdə dünən axşam dördüncü turun görüşləri oynanılmışdır. Məmmədyarov bu dəfə Qrişukla qarşılaşmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında