Futbol-2010

Güclülər niyə uduzurlar?...
Ingiltərə, Almaniya, Fransa, İspaniya, Portuqaliya, İtaliya. Çempionatın favoritlərindən sayılan bu komandalar , görəsən, niyə uğur qazana bilmirlər? Yaxud da ki, bu bir usta fəndidirmi?Amma deyəsən, bu "fənd"lər bəzi komandalara baha başa gələcək. Axı kimin ağlına gələrdi ki, futbolun vətəni sayılan İngiltərə futbola yenicə qədəm qoyan Əlcəzairlə sülhə imza atacaq (0-0).
Və yaxud 3 qat Dünya çempionu Almaniya Serbiyaya uduzacaq. Portuqaliya Kot d.İvuarla heç-heçə edəcək. Braziliya KXDR-ə qol vuranda oyunçu sevincindən, yaxud da ki, "xəcalətdən qurtardıq" deyərək, ağlayacaq. Dünyanın ən varlı və güclü, ulduzlar komandası sayılan İspaniya İsveçrəyə, Fransa isə Meksikaya məğlub olacaq. Bütün bunlar 19-cu Dünya çempionatının sürprizləri sayıla bilər.
Ümumilikdə isə bu, dünya futbolunun ən yüksək inkişaf səviyyəsindən xəbər verir. Burada bir misal da yerinə düşər: "Təzə ay çıxanda köhnəni doğrayıb ulduz edirlər". Favoritlərə, dünya futbolunun ulduzlarına yalnız bu məsəli yaraşdırmaq olar.
Birinci dövrənin maraqsız keçməsindən şikayətlənənlər, axır ki, gözəl oyunların tamaşaçısına çevrilirlər. Lakin baş hakimlərin bəzi səhvləri də izsiz ötüşmür. Almaniya-Serbiya oyununda 9 sarı vərəqə, 1-ci hissənin ortalarında Klosenin meydandan qovulması, ABŞ-ın 3-cü qolunun qeydə alınmaması və bu kimi hallar da oyunların tempinə, oyunçuların psixologiyasına mənfi təsir göstərir.
Dünya çempionatını işıqlandıran jurnalistlər isə bir mövzu tapmayanda Azərbaycanda yayımlanan şou-biznes verilişlərindəki kimi fəndlərdən məharətlə istifadə edirlər. Pelenin "Maradona pis məşqçidir"subyektiv fikrini tezcə Dieqoya çatdırırlar. Bir söz demədiyi halda Platinini Argentina yığma komandasının baş məşqçisi ilə düşmən edirlər. Maradona Platinidən üzr istəyir, lakin Pele haqqında dediyi "O, muzeylikdir" fikrindən dönmür. Fakt isə faktlığında qalır. Argentina 2 oyunun ikisində də qələbə qazanıb.
Bir azdan isə başqa mövzular ortaya çıxacaq. Hazırda məğlubiyyətlərin əsas səbəbi ya Jabulani topudur, ya da zurna vuvuzela. Bunda bir həqiqət də var. Ən güclü silah psixoloji silahdır. İdman jurnalistlərinə bir mövzunu da mən verim. Sən demə, afrikalı şamanlar çempionat başlanmazdan qabaq bəzi ayinlər keçiriblər. İnək qurban kəsiblər. Sonra əsas stadion olan Sokker-sitidə dua oxuyublar. Nə oxuyublar deyə bilmərik... Yəqin ki, elə onda bu Avropa komandalarını - favoritləri "bağlayıblar". Buna görə də onlar yaxşı oyun göstərə bilmirlər.
Bütün bunlara inanmağa dəyər.Əgər internetdə Google.az saytna girsəniz, ora vuvuzela yazsanız rəsmi vilkipediyada bu sözləri oxuyacaqsınız: Vuvuzela - Afrikanın milli musiqi aləti. 2009 http://az.wikipedia.org/wiki/2009-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş FİFA Konfederasiyalar Kuboku zamanı dəbə düşən 63 sm uzunluğu olan və çox güclü səs çıxaran vuvuzela musiqi aləti rəqib komandanın oyunçularına psixoloji təsir göstərmək üçün istifadəyə buraxılmışdır. Vuvuzelaların qulaqbatırıcı səsi olduğundan, FİFA Konfederasiyalar Kuboku zamanı onların stadionlara buraxılmaması tələb olunurdu. Lakin məsələyə qarışan FİFA rəsmiləri vuvuzelanın Afrika milli çalğı aləti olduğunu əsas gətirərək, qadağa tətbiq edə bilməyəcəklərini söyləmişdilər
"Psixoloji təsir" sözü ilə burada hər şeyə nöqtə qoyulur.Dünyada ən güclü silah psixoloji silahdır. Əgər Qana, Əlcəzair, Serbiya və yaxud da ki, Kot d.İvuar, Koreya, Yaponiya, ABŞ çempion olsa, heç də təəccüblənməyin. Bunlar təzə çıxan Aylardır. Nə vaxtsa Avropa komandaları, favoritləri kimi onları da doğrayıb ulduz edəcəklər.

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında