Alişer Usmanov Beynəlxalq Qılıncoynatma Federasiyasının büdcəsini artırmaq niyyətindədir

Bakıda keçiriləcək yuniorlar və kadetlər arasında qılıncoynatma üzrə dünya çempionatı ərəfəsində paytaxtımızda Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) rəhbəri Alişer Usmanovun sədrliyi ilə bu idman qurumunun Baş Assambleyası keçirilmişdir.
2008-ci ilin dekabrında FIE-nin prezidenti seçilmiş Ə.Usmanov üçün bu, ilk genişmiqyaslı tədbir idi. Assambleya iştirakçıları 2010-2011-ci illər üçün federasiyanın büdcəsinə yekdilliklə səs vermişlər. Ə.Usmanov bildirmişdir ki, FIE-nin fəaliyyətində yaxından iştirak edən bütün zona qılıncoynatma konfederasiyalarının prezidentləri ilə əməkdaşlıq etmək niyyətindədir.
FIE-nin prezidenti federasiyanın rəhbər orqanlarının 3 ay ərzindəki fəaliyyəti barədə məlumat vermişdir. O demişdir ki, Olimpiadada qılıncoynatma sahəsində oynanılan medalların sayının 10-dan 12-dək artırılmasını, habelə idmanın bu növünün dünyada təbliğini fəaliyyətinin öncül istiqamətləri hesab edir.
Bakıda keçirilən iclasda iştirakçılar 2013-cü ilin dünya çempionatı və 2011-ci, 2012-ci illərin yuniorlar və kadetlər arasında dünya çempionatlarının keçirilməsinə namizəd şəhərlərə səs vermişlər. Bir çox ölkələrin nümayəndələrinin Bakıda keçirilən dünya çempionatında iştirak etməsi belə yarışların tarixində ilk dəfə olaraq Beynəlxalq Qılıncoynatma Federasiyasının hər milli federasiyadan iki idmançının xərclərini ödəməsi sayəsində mümkün olmuşdur. Bu təklif Alişer Usmanovun seçkiqabağı proqramında irəli sürülmüşdü.
Ermənistan Qılıncoynatma Federasiyasının nümayəndələri assambleyada iştirak etmədikləri üçün onların əvəzinə Çexiya nümayəndə heyəti səs vermişdir.
İclasda London Olimpiadasının seçmə sistemi də müzakirə olunmuşdur. Bu sistem FIE İcraiyyə Komitəsi tərəfindən qəbul olunmuşdur. İclasda, həmçinin 2009-cu ildə fəaliyyət haqqında hesabat, 2008-2009-cu illər üçün maliyyə hesabatları, auditorların hesabatı və s. dinlənilmişdir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında