XIV London Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan idmançıları ulu öndərin abidəsini ziyarət etmişlər

Sentyabrın 12-də XIV London Paralimpiya Oyunlarından Vətənə qayıtmış Azərbaycan idmançıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmişlər.
İdmançılarımız maşın karvanının müşayiəti ilə hava limanından birbaşa Heydər Əliyev adına Sarayın qarşısındakı parka gələrək, müstəqil dövlətimizin memarı və qurucusu, Azərbaycanda bədən tərbiyəsi və idmanın inkişafına, gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsinə daim böyük diqqət və qayğı göstərmiş ulu öndərin xatirəsini ehtiramla anmış, onun abidəsi önünə əklil və gül dəstələri qoymuşlar.
Qeyd edək ki, London Paralimpiya Oyunlarında Azərbaycan idmançıları 12 medal qazanmışlar. Azərbaycanın paralimpiya yığması bu göstərici ilə iştirakçı ölkələr arasında 27-ci olmuşdur.

{nl}


AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında