Bakıda qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatının açılış mərasimi olmuşdur

Aprelin 2-də Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində qılıncoynatma üzrə gənclər və kadetlər arasında dünya çempionatı start götürmüşdür. Yarışlarda dünyanın 87 ölkəsindən 1565 idmançı iştirak edir.
Açılış mərasimində Azərbaycanın Dövlət Himni səslənmiş, iştirakçı komandaların paradı olmuşdur.
Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın sürətli inkişaf dövrü yaşadığını və bunun Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin bədən tərbiyəsinə və idmana qayğısı və diqqəti sayəsində mümkün olduğunu bildirmişdir.
Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Alişer Usmanov çempionatın yaxşı təşkil edildiyi üçün ölkə rəhbərliyinə təşəkkürünü bildirmiş və iştirakçılara uğurlar arzulamışdır.
Qeyd edək ki, yarışın birinci günü Azərbaycanın 5 kadet-idmançısı mübarizə aparmışdır. Onlardan sablya növü üzrə 17 yaşadək idmançıların yarışmasında Azər Tağıyev və Hüseyn Dadaşov 1/64 finalda məğlub olmuşlar.
Şpaqaçı qızlar arasında isə Əminə Novruzova, Yuliya Bayramova və Nəzrin Əlizadə mübarizələrini ilk dövrədə dayandırmışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında