Azərbaycan paralimpiyaçıları: 3 qızıl, 5 gümüş, 3 bürünc medal

Təmsilçimiz Natali Pronina İngiltərə paytaxtında finişin astanasında olan XIV Yay Paralimpiya Oyunlarında dördüncü dəfə fəxri kürsüyə dəvət olunmuşdur. O, yarışların doqquzuncu günü Azərbaycana növbəti, dördüncü gümüş medal qazandırmışdır.
Buna qədər kompleks üsulla 200, sərbəst üsulla və arxası üstə 100 metr məsafələrə üzməkdə finişə ikinci çatıb üç gümüş mükafata sahib olan Pronina sərbəst üsulla 50 metr məsafəyə startlarda da həmin uğurlarını təkrar etmişdir. Dördqat gümüş mükafatçı yarışın final mərhələsində məsafəni 27,54 saniyəyə qət edərək yalnız qalibdən geri qalmışdır.
Bununla da Azərbaycan idmançısı XIV Yay Paralimpiya Oyunlarının qəhrəmanlarından birinə çevrilmişdir. Bir yarışda dörd medal qazanmaq heç də hər idmançının işi deyil. Pronina isə bunu bacarmışdır.
Üzgüçümüzün dördüncü gümüş mükafatına sevindiyi gün Azərbaycanın daha bir idmançısı medal qazanmağa çalışmışdır. Ancaq Rza Osmanov 200 metr məsafəyə qaçış yarışlarının təsnifat mərhələsində qarşısında duran vəzifəni yerinə yetirib yarımfinala çıxsa da, burada dördüncü nəticə göstərərək finaldan kənarda qalmışdır.
Dünən, Paralimpiadanın onuncu günü Azərbaycan idmançıları daha iki medala sevinmişlər. Oleq Panyutin üç təkanla tullanmaqda qızıl medal qazanmış və Oyunların çempionu olmuşdur. Onun komanda yoldaşı Vladimir Zayets isə həmin növdə ikinci nəticə göstərərək gümüş mükafata sahib olmuşdur. Bu uğurlardan sonra Azərbaycan komandasının medallarının sayı 11-ə çatmışdır - 3 qızıl, 5 gümüş və 3 bürünc mükafat.
Natali Pronina isə brass üsulu ilə 100 metr məsafəyə üzgüçülük yarışlarında finala çıxmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında