Gimnastlarımızın növbəti uğuru

Azərbaycanın üçqat çempionu Aliyə Qarayeva Avstriyanın İnsbruk şəhərində Qran-pri turnirində eyni vaxtda üç - bir gümüş, iki bürünc medal qazanıb.
Gimnastika Federasiyasının mətbuat xidmətindən aldığımız məlumata görə, idmançımız bütün mükafatları ayrı-ayrı finallarda əldə edib. Belə ki, o gümüş mükafatı lentlə (28,225 xal), bürüncləri isə gürz (27,425) və halqalarla (27,95) tapşırığı yerinə yetirərək qazanıb. Aliyə Qarayeva əldə etdiyi nailiyyətlərlə bağlı bunları deyib: "Bir turnirdə üç medal çox şərəfli missiyadır. Amma təəssüf ki, orada qızıl yoxdur. Bütün birinci mükafatları rusiyalı gimnastlar apardılar. Plana görə, iyulun 1-4-də mənim Braziliyada yarışlarım var və orada da layiqincə çıxış etməyə, öz uğurlarımı artırmağa çalışacağam".
Onu da deyək ki, yarışdakı digər təmsilçisimiz Anna Qurbanova gürzlə yeddinci və lentlə səkkizinci nəticəni göstərib.
Daşkənddəki turnir də gənc gimnastlarımız üçün olduqca uğurlu olub. Belə ki,14 yaşlı Ayşə Mustafayeva öz yaş qrupunda həm çoxnövçülük, həm də gürz və topla finalda birinci olub. Cənnət Məmmədova topla finalda qızıl, çoxnövçülükdə isə gümüş medal qazanıb. Elə bu yaş qrupunda Mehparə Mənsurova gürzlə ikinci, eləcə də topla çoxnövçülükdə üçüncü olub. Dördüncü gənc iştirakçı - doqquzyaşlı Nuranə Mənsurova öz yaş qrupunda birinci yeri tutub.
Bədii gimnastika üzrə "Baltika kuboku" adlı daha bir beynəlxalq turnir Polşada başa çatıb və burada Azərbaycanı Dina Qorina təmsil edib. Çoxnövçülükdə altıncı yerdən sonra o, üç ayrı-ayrı finalda iştirak edib. Dina Qorina ən yaxşı nəticəni topla (25,5 xal) göstərib və yeddinci yeri tutub, halqa və lentlə isə səkkizinci olub. Burada qələbəni Yoanna Mirtroş bayram edib.
Azərbaycan yığmasının baş məşqçisi Mariana Vasilyeva yetirmələrinin uğurlarından razıdır. Bununla yanaşı, bu, Dina Qorinaya yarışın yekunları üzrə "Miss foto" adı almağa da mane olmayıb.

{nl}

Mahmud QƏZƏNFƏROĞLU "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında