Fransızlara xanımlar da kömək edə bilmədi

2006-cı il Dünya çempionatında 2-ci olan Fransa yığması builki oyunlarda özünü toparlaya bilmir. 1-ci oyunda Uruqvay yığması ilə heç-heçə oynayan fransızlar Meksika ilə oyunda bir az da "irəli gediblər". 0-2 hesabı ilə məğlubiyyət onların növbəti mərhələyə çıxmaq ümidlərini azaldıb.
2-ci uğursuzluq Fransa yığmasının kapitanınını da pis vəziyyətdə qoyub. Futbolçuların arvadlarının və rəfiqələrinin oyunlar keçiriləcək stadionlarda iştirakını önəmli sayaraq Fransa Futbol Federasiyası qarşısında məsələ qaldıran, nəticədə xanımların CAR-a səyahətinə nail olan Patris Evranın hələ ki, proqnozu düz çıxmır. Axı, keçən çempionatda, seçmə turnirlərdə, arvadları və rəfiqələri stadionlarda, onlarla birlikdə olmayanda fransızlar daha yaxşı oynayırdılar. Axı, Dünya çempionatı fransız futbolçular üçün ailədən, evdən kənar mühitdə bir növ həm də istirahət idi. Bunu da onlara çox gördülər. Yəqin kapitan arvaddan çox qorxan imiş, onu CAR-a gətirmək üçün bu ideyanı ortaya atıb. Nəticədə isə bütün yığmanın taleyini zərbə altında qoyub. Xanımların səyahətini maliyyələşdirmək üçün ayrılan 250 min avro vəsaiti yəqin ki, onun maaşından çıxacaqlar. "A" qrupuna isə Meksika və CAR-ı məğlub edən Uruqvay komandaları başçılıq edirlər.

{nl}

                  O    Q    H   M     T     X
Uruqvay
     2    1    1    0    3-0    4
Meksika
      2    1    1    0    3-1    4
Fransa
        2    0    1    1    0-2    1
CAR 
           2    0    1    1    1-4    1

{nl}

"B" qrupunada isə Cənubi Koreya yığmasını 4-1 hesabı ilə məğlub edən Argentina liderdir. Bu oyundan əvvəl Jabulani topundan giley-güzar etməsi, ilk oyunda uğursuzluğun səbəbini kosun üstünə atması deyəsən Maradonaya düşüb. Əgər top pisdirsə bəs argentinalılar 4 qolu necə vurdular. Burada bir el məsəli yada düşür. Yəqin bunu Argentinada da bilirlər: "Ağlayanın payı çox düşər".

{nl}

Argentina                   2    2    0    0    5-1    6
Cənubi Koreya
           2    1    0    1    3-4    3
Yunanıstan 
                2    1    0    1    2-3    3
Nigeriya
                      2    0    0    2    1-3    0

{nl}

Bu ərəfədə futbol bir nəfər ailə başçısının həyatına son qoyub. Azarkeş, 61 yaşlı David Makoeyya evdə olan yeganə televizorda futbola baxmaq istəsə də, arvadı və 2 uşağı tərəfindən müqavimətə rast gəlib. Çoxluq din haqqında verilişə baxmaq istəyibmiş. Televizorun pultu üstündə davada isə Makoeyya ailəsi tərəfindən qətlə yetirilib. Görəsən azərbaycanlı ailəsi seriallara baxmaq uğrunda belə addım atardımı?
Argentina-Cənubi Koreya oyunundan sonra vuvuzela problemi yenə meydana çıxıb. Argentinalılar qapılarından buraxdıqları qola görə zurnanı təqsirləndiriblər. Müdafiəçi Martin Demikelis bildirib ki, Vuvuzelanın səsindən bir-birlərinin xəbərdarlıq səslərini eşidə bilməyiblər. Nəticədə də qol buraxıblar.
Onu da qeyd edək ki, FİFA bu musiqi alətini stadiona gətirilməsini ona görə qadağan etməmişdi ki, vuvuzelanın "sakit" versiyasının istehsalına başlanmışdı. Bu da adi alətdən 20 desibel az, yəni 107 desibel gücündədir. Vuvuzeladan fransızlar da narazıdır. Onlar oyundan sonra rahat yata bilmirlər. Akustikası olmayan şadlıq evlərində keçirilən toy mərasimlərindən sonra səs-küydən bir-təhər olanlar yəqin ki, futbolçuları yaxşı başa düşərlər.
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayevanın verdiyi məlumata görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20 faiz artırır. 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara səbəb olur. İnsan uzun müddət 90 desibeldən yüksək səs-küyə məruz qalırsa, bu zaman qulaqdakı həssas hüceyrələr ölür və eşitmə qabiliyyəti azalır. 30-40 desibel arasında olan səs-küy isə gecələr narahatlıq və yuxusuzluq yaradır. Səs-küy nəticəsində insanın vegetativ sistemində, orqanizmdə maddələr mübadiləsində pozuntular baş verir, nevrozlar və ürək-damar xəstəlikləri yaranır. Bir daha xatırladım ki, vuvuzelin səs şiddəti 107 desibel gücündədir.
İyunun 18-də isə çempionatda növbəti oyunlar keçirilib.
Almaniya - Serbiya (0-1), Sloveniya - ABŞ (2-2), İngiltərə - Əlcəzair (0-0).

{nl}

Mahir QABİLOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında