Azərbaycan üzgüçüsü Paralimpiya Oyunlarının üçqat gümüş mükafatçısıdır

Milli Paralimpiya komandamızın üzvü Natali Pronina Londonda sanki qeyri-adi bir rekord müəyyənləşdirməyi qərara almışdır. Azərbaycan idmançısı kompleks üsulla 200 metr və sərbəst üsulla 100 metr məsafələrə üzgüçülük yarışlarında iki gümüş medal qazandıqdan sonra Paralimpiadanın yeddinci günü arxası üstə 100 metr məsafəyə üzməkdə də finişə ikinci çatıb Oyunların üçqat gümüş mükafatçısı olmuşdur.
Göründüyü kimi, Natali Pronina Azərbaycan idmanı tarixinə parlaq səhifə yazmaqdadır. Elə bir səhifə ki, onun ölkə idmanının zəfər salnaməsində xüsusi yeri olacaqdır.
Əldə etdiyi uğurlarla kifayətlənməyən istedadlı üzgüçümüzün üçüncü dəfə fəxri kürsünün ikinci pilləsində təbrikləri qəbul etdiyi gün Azərbaycan daha bir medal qazanmışdır. Oleq Panyutin, Rza Osmanov, Elçin Muradov və Vladimir Zayetsdən ibarət komandamız 4x100 metr məsafəyə estafet qaçışının təsnifat mərhələsində uğurla çıxış edib final mərhələsinə vəsiqə qazanmaq vəzifəsini yerinə yetirdikdən sonra finalda Çin, İspaniya və Rusiya nümayəndələri ilə mübarizədə üçüncü yeri tutub bürünc mükafatçı olmağı da bacarmışdır.
Bununla da yarışların yeddi günündən sonra Azərbaycan komandasının medallarının sayı səkkizə çatmışdır. Bir həftə ərzində təmsilçilərimizə 2 qızıl, 3 gümüş və 3 bürünc medal təqdim olunmuşdur.
Paralimpiadanın yeddinci günü digər idmançılarımıza gəldikdə, Elşən Hüseynovun (100 kq) pauerliftinq yarışlarında dördüncü yeri tutduğunu xəbər vermişdik. Onun komanda yoldaşı Məhərrəm Əliyevin (100 kq-dan yuxarı) beşinci nəticə göstərdiyini də diqqətinizə çatdıraq. Yüngül atlet Oloxan Musayev isə lövhə tullanmaq yarışlarında dördüncü olmuşdur.
Dünən, XIV Yay Paralimpiya Oyunlarının səkkizinci günü iki idmançımız starta çıxmışdır. Yelena Taranova və Əkbər Muradov 50 metr məsafəyə güllə atıcılığı yarışlarında mübarizə aparmışlar. Təəssüf ki, onlar təsnifat mərhələsində uğursuz çıxış edərək finaldan kənarda qalmışlar.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında