Çinlə heç-heçə, Yunanıstan üzərində qələbə

İstanbulda keçirilən 40-cı Ümumdünya Şahmat Olimpiadasının yeddinci turu Azərbaycanın kişilərdən ibarət komandası üçün uğursuz olmuşdur. Yığmamız medallar uğrunda mübarizədə əsas rəqiblərindən biri Rusiya komandasına 1,5:2,5 hesabı ilə uduzaraq liderlər üçlüyündəki mövqeyini itirmişdir. 
Matçın taleyi ikinci taxtada həll olunmuşdur. Qaralarla oynayan Eltac Səfərli Aleksandr Qrişuka uduzmuşdur. Qalan üç taxtada Teymur Rəcəbov Vladimir Kramniklə, Şəhriyar Məmmədyarov Sergey Karyakinlə, Rauf Məmmədov Dmitri Yakovenko ilə heç-heçəyə razılaşmışlar.
Turun maraqla gözlənilən daha bir neçə matçı isə belə nəticələnmişdir: Çin - Ermənistan - 2,5:1,5, Moldova - Almaniya - 1,5:2,5, Filippin - Macarıstan - 2:2, Ukrayna - İspaniya - 2,5:1,5, Gürcüstan - İngiltərə - 1,5:2,5.
Yeddi turdan sonra 13 xala malik Rusiya vahid liderdir. İkinci-üçüncü pillələrdə irəliləyən Çin və Ukraynanın 12 xalı vardır. Azərbaycan və daha səkkiz komanda 11 xal toplamışdır.
Qadınların yarışının yeddinci turunda Azərbaycan - Sloveniya matçında heç-heçə qeydə alınmışdır - 2:2. Bu görüşdə Gülnar Məmmədova qələbə qazanmış, Nərgiz Umudova uduzmuş, Zeynəb Məmmədyarova və Xəyalə İsgəndərova isə heç-heçə oynamışlar.
Cədvəldə ilk üç yeri hərəyə 12 xal toplayan Çin, Rusiya və Polşa komandaları tuturlar. Azərbaycan 9 xalla 26-cı pillədədir.
Dünən keçirilən səkkizinci turda kişi qrossmeysterlərimiz çinli rəqibləri ilə görüşmüş, qadın şahmatçılarımız isə Yunanıstan komandasına qarşı oynamışlar.
Xatırladaq ki, artıq həlledici mərhələyə qədəm qoyan Ümumdünya Şahmat Olimpiadası 11 turdan ibarətdir və hər iki turnirə sentyabrın 9-da yekun vurulacaqdır.
* * *
Azərbaycan-Çin-2:2.
Azərbaycan-Yunanıstan- 2,5:1,5.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında