Azərbaycan Paralimpiya Oyunlarında medallarının sayını gündən-günə artırır

Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarının altıncı günü də Azərbaycan idmançıları üçün uğurlu olmuşdur. Təmsilçimiz Natali Pronina sərbəst üsulla 100 metr məsafəyə üzgüçülük yarışlarının final mərhələsində ikinci yeri tutaraq gümüş medal qazanmışdır. Bu, əvvəlki günlərdə kompleks üsulla 200 metr məsafəyə startlarda da ikinci nəticə göstərən Proninanın artıq ikinci mükafatıdır.
Əlbəttə, Paralimpiadanın iki gümüş medalı Azərbaycan idmançısının çox böyük müvəffəqiyyətidir. Xüsusən də ona görə ki, respublikamızın üzgüçüləri indiyə qədər böyük beynəlxalq yarışlarda yüksək nəticələrə nail ola bilməmişdilər. İngiltərə paytaxtında isə Natali iki dəfə fəxri kürsüyə dəvət olunmuşdur. Amma, deyəsən, Paralimpiya oyunlarının qəhrəmanlarından biri bu nailiyyətlə də kifayətlənmək fikrində deyil. Londondan alınan xəbərlərə görə, o, daha bir neçə məsafədə starta çıxacaq.
Üzgüçümüzün növbəti uğurundan sonra medallarının sayını 6-ya çatdıran Azərbaycan komandası 2 qızıl, 2 gümüş və 2 bürünc mükafatla nümayəndələri fəxri kürsüyə yüksəlmiş 70 ölkə arasında 31-ci idi. Paralimpiadada iştirak edən daha 95 ölkə isə yarışların ilk altı günündə medal qazana bilməmişdir.
Dünən yarışların yeddinci günü Natali Pronina arxası üstə 100 metr məsafəyə üsgüçülük startlarına da yaxşı başlamışdır. O, təsnifat mərhələsində ikinci yeri tutaraq finala çıxmışdır.
Oleq Panyutin Rza Osmanov, Elçin Muradov və Vladimir Zayetsdən ibarət Azərbaycan komandası 4x100 metr məsafəyə estafet qaçışında qrupda finişə birinci çatmış və finalda mübarizə aparmaq hüququ qazanmışdır.
Daha iki idmançımız Elşən Hüseynov (100 kq) və Məhərrəm Əliyev (100 kq-dan yuxarı) pauerliftinq yarışlarında starta çıxmışlar. Hüseynov 230 kq ağırlıq qaldıraraq dördüncü olmuşdur. M. Əliyevin isə mübarizəyə saat 22-dən qoşulacağı gözlənilirdi.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında