Azərbaycan güləşçisi dünya çempionu oldu

Tailandın Pattaya şəhərində güləş üzrə gənclər arasında dünya çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, birinciliyin ilk günü Azərbaycan yığması üçün uğurlu olub. 
Belə ki, yunan-Roma güləşçilərinin mübarizəsində 50 kq çəki dərəcəsində millimizin üzvü Murad Bazarov dünya çempionu adını qazanıb.
O, "qızıl"a gedən yolda irlandiyalı Aşkan Həsən Qolikiani (1:0; 4:0), koreyalı Hyeok Jin Jeonu (1:0; 4:0), türkiyəli Tolqahan Karataşı (1:0, 2:0) və israilli Andrey Tsaryuku (0:2, 1:0, 1:0) yarışdan kənarlaşdırıb.
Həlledici görüşdə təmsilçimizin rəqibi rusiyalı Artur Labazanov olub. Yeniyetmələrin I Sinqapur Olimpiadasının qalibi Bazarov ilk hissəni 0:1 hesabı ilə uduzsa da, ardıcıl - 2:0 və 1:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Təəssüf ki, ondan fərqli, bu gün döşəyə çıxan digər yunan-Roma güləşçilərimiz - Rövşən Tağıyev (50 kq), Şamil Ertuqanov (74 kq) və Abas Abdullayev (96 kq) mükafatçılar sırasına düşə bilməyiblər.
Qeyd edək ki, birincilik sentyabrın 11-nə kimi davam edəcək.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında