Paralimpiya oyunları: beş gündə 5 medal

Azərbaycan idmançıları Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarının beşinci günü medallarının sayını 5-ə çatdırmışlar. Həmin gün əvvəlcə Hüseyn Həsənovun uzununa tullanma yarışlarında üçüncü nəticə göstərib bürünc mükafat qazanmasından xəbər tutduq. Günün sonunda, Bakı vaxtı ilə gecəyarısı isə paralimpiyaçılarımıza daha bir medal təqdim olunmuşdur. 
Həmvətənlərimiz növbəti mükafatın sevincini üzgüçülük yarışlarında yaşamışlar. Natali Pronina kompleks üsulla 200 metr məsafəyə startlarda inamla çıxış edərək yalnız Paralimpiadanın çempionu rusiyalı Oksana Savçenkodan geri qalıb fəxri kürsünün ikinci pilləsinə yüksəlmişdir. Onun gümüş medalı Azərbaycan komandasının sayca beşinci mükafatı olmuşdur. Pronina sərbəst üsulla 400 metr məsafəyə yarışlarda da iştirak etmişdir. Üzgüçümüz bu məsafədə beşinci nəticə göstərmişdir.
Beləliklə, Paralimpiya oyunlarının beş günündən sonra təmsilçilərimizin hesabında 5 medal - 2 qızıl, 1 gümüş və 2 bürünc mükafat var idi. Azərbaycan komandası bu nəticə ilə medal qazanmış ölkələrin siyahısında 29-cu yeri tuturdu.
Dünən, Paralimpiadanın altıncı günü Natali Pronina bir daha start xəttinə çıxmışdır. Bu dəfə o, sərbəst üsulla 100 metr məsafəyə üzgüçülük yarışlarında mübarizə aparmış və qrupda finişə üçüncü çataraq finala çıxmışdır.
İlkin mərhələdə uğurlu nəticə göstərən yüngül atlet Rza Osmanov 400 metr məsafəyə qaçış yarışlarının yarımfinalında çıxışlarını davam etdirmiş, ancaq burada finala vəsiqə qazana bilməmişdir. Elçin Muradov da 200 metr məsafəyə qaçışda finaldan kənarda qalmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında