Yığmamızın İstanbulda beşinci qələbəsi

Azərbaycanın kişilərdən ibarət komandası İstanbulda keçirilən 40-cı Ümumdünya Şahmat Olimpiadasında təşkilatçıların nəzərdə tutduqları iki istirahət günündən birincisini turnir cədvəlinin üçüncü Pilləsində qarşılamışdır. Qrossmeysterlərimiz beşinci turda Kanada yığmasını 3,5:0,5 hesabı ilə məğlubiyyətə uğratmış və xal ehtiyatlarını 9-a çatdırmışlar.
Bu matçda Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov qələbə qazanmışlar, Qədir Hüseynov heç-heçə oynamışdır. Tura yekun vurulduqdan sonra məlum olmuşdur ki, komandamızın lideri Rəcəbov Olimpiadada birinci taxtada çıxış edən bütün iştirakçılar arasında ən yaxşı nəticə göstərmiş, keçirdiyi dörd görüşün hamısından qalib ayrılmışdır. Bu isə yüzfaizli nəticə deməkdir. Fransız Maksim Vaşye-Laqrav və çexiyalı Viktor Lazniçka beş oyunda 4 xal toplamışlar (80 faiz), erməni Levon Aronyan və çinli Van Hao dörd görüşdə 3,5 xal qazanmışlar (87,5 faiz).
Dünən axşam altıncı turda qrossmeysterlərimiz cədvəldə ən yaxın izləyiciləri Xorvatiya komandası ilə qarşılaşmışlar. Buna qədər dördüncü pillədə irəliləyən xorvatların da 9 xalı var idi və onlar Azərbaycandan əlavə göstəricilərə görə geri qalırdılar. İlk iki yeri tutan Ermənistan və Rusiya hərəyə 10 xal toplamışdılar.
Qadın şahmatçılarımız da fasiləyə yaxşı əhval-ruhiyyə ilə çıxmışdılar. Onlar da beşinci turda Monqolustan yığması ilə matçda yalnız yarım xal itirmişlər - 3,5:0,5. Zeynəb Məmmədyarova heç-heçə oynamış, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Nərgiz Umudova qələbə qazanmışlar.
Bir tur əvvəl Ermənistanla, ertəsi gün də Monqolustanla görüşlərdə ardıcıl iki qələbə komandamızı turnir cədvəlində birinci onluğa yüksəltmişdir. Beş turdan sonra 6-16-cı yerləri bölüşdürən rəqiblərin, o cümlədən əlavə göstəricilərə görə onuncu pillədə olan Azərbaycanın hərəyə 8 xalı var idi. Onlar ikinci-beşinci yerləri tutan Çin, Serbiya, Polşa və Slovakiyadan bir, vahid lider Rusiyadan isə iki xal geri qalırdılar. Türkan Məmmədyarovanın üçüncü taxtada 5 mümkün xaldan 4,5 xal topladığını da qeyd edək. Dünən keçirilən altıncı turda bizim qızlar ukraynalı rəqibləri ilə görüşmüşlər.
* * *
Azərbaycan-Xorvatiya-3:1. Bu, kişilərdən ibarət komandamızın beşinci qələbəsidir.
Qadın şahmatçılarımız isə Ukraynaya uduzmuşlar - 0,5:3,5

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında