Azərbaycan Paralimpiadada dördüncü medalını qazandı

Londonda keçirilən XIV Yay Paralimpiya Oyunlarının ilk günləri Azərbaycan cüdoçularının uğurlu çıxışları ilə yadda qalacaq. Paralimpiadanın çempionları adını qazanan Ramin İbrahimovla (60 kq) Afaq Sultanovadan (57 kq) sonra İlham Zəkiyev (100 kq-dan yuxarı) fərqlənmiş, bürünc medala sahib olmuşdur. 
Yığma komandamızın bayraqdarı bu mükafatla Paralimpiya oyunlarında öz medallarının sayını üçə çatdırmışdır. Afina - 2004 və Pekin - 2008-in çempionu Londonda da fəxri kürsüyə yüksəlməyi bacarmışdır. İndi İlham Zəkiyev yeganə Azərbaycan idmançısıdır ki, onun sinəsini Paralimpiya oyunlarının üç medalı - iki qızıl və bir bürünc mükafat bəzəyir.
Azərbaycan cüdoçuları 2 qızıl və 1 bürünc medalla komanda hesabında dördüncü olmuşlar. Üçüncü yeri tutan Almaniya da bizimlə eyni nəticə göstərmişdir, lakin bu kollektivin bir üzvü beşinci yerə sahib olmuş və onun da göstəricisi zaçota hesablanmışdır. İlk iki yeri isə Ukrayna (3 qızıl, 2 bürünc medal) və Kuba (2 qızıl, 2 bürünc) komandaları tutmuşlar.
Sentyabrın 2-də, Paralimpiadanın dördüncü günü starta yalnız bir idmançımız çıxmışdır. Rza Osmanov 400 metr məsafəyə qaçışda öz qrupunda ikinci nəticə göstərmiş və yarımfinalda mübarizəni davam etdirmək hüququ qazanmışdır. Yarımfinal yarışları bu gün keçiriləcəkdir.
Yarışların dörd günündən sonra Paralimpiadada medal qazanmış ölkələrin siyahısına Çin komandası başçılıq edirdi (35 qızıl, 24 gümüş, 28 bürünc mükafat). İkinci-üçüncü yerləri Böyük Britaniya (16+24+14) və Avstraliya (14+11+18) yığmaları tuturdular. Azərbaycan (2 qızıl, 1 bürünc medal) 26-cı pillədə idi.
Dünən beş paralimpiyaçımız start xəttinə dəvət olunmuşdur. Yelena Taranova və Əkbər Muradov 25 metr məsafəyə güllə atıcılığı, Hüseyn Həsənov uzununa tullanma, Elçin Muradov 200 metr məsafəyə qaçış və Natali Pronina üzgüçülük yarışlarında mübarizə aparmalı idilər. Lakin azerisport.com-un yaydığı xəbərə görə Taranova özünü pis hiss etdiyinə görə yarışda iştirak etməmişdir.
Əvəzində Hüseyn Həsənov Paralimpiya oyunlarında ölkəmizə daha bir medal qazandırmışdır. O, uzununa tullanmada 6,53 metr nəticə ilə üçüncü yeri tutmuş və bürünc mükafatçı olmuşdur. Bununla da Azərbaycan paralimpiyaçılarının Londonda qazandıqları medalların sayı 4-ə çatmışdır. İndi yığma komandamızın hesabında 2 qızıl və 2 bürünc mükafat vardır.
Natali Pronina kompleks üsulla 200 metr məsafəyə üzgüçülükdə öz qrupunda birinci yeri tutaraq final mərhələsinə vəsiqə qazanmışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında