İlham Zəkiyev Londonda Azərbaycana üçüncü medalı qazandırdı

London Yay Paralimpiadasında cüdo üzrə yığmamızın daha üç üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar Tofiq Məmmədov, Kərim Sərdarov və İlham Zəkiyev idi.
90 kq-da mübarizə aparan Tofiq Məmmədovun ilk rəqibi Braziliyadan Roberto Santos olub. Amma o, bu rəqibinə uduzaraq, mübarizəni erkən dayandırıb.
100 kq-da çıxış edən Kərim Sərdarov da startda almaniyalı Oliver Upmanı mübarizədən kənarlaşdırmağı bacarmayıb.
100 kq-dan artıq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev isə ilk görüşünü Rusiya təmsilçisi Heydər Heydərova qarşı keçirib və onu məğlub edib. 1/4 finalda o, yaponiyalı Kento Masakiyə uduzub. Amma yapon cüdoçu finala qədər irəlilədiyindən, İlham üçün bürünc medal qazanmaq şansı yaradıb. Zəkiyev bu şansdan maksimum yararlanıb. O, təsəlliverici görüşdə Toni Uolbini, bürünc uğrunda həlledici görüşdə isə braziliyalı Silvanı yenərək, medala yiyələnib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında