2 qızıl medalla 11-ci mövqedə

Xatırladaq ki, Paralimpiya oyunlarında Azərbaycan cüdoçularına ilk qızıl medal yarışların birinci günü təqdim olunmuşdu. Həmvətənlərimizin mükafatlarının hesabını Ramin İbrahimov (60 kq) açmışdı. İki gündə tatami üzərində qazanılan iki qızıl medal, əlbəttə, çox yüksək nailiyyətdir və idmanın bu növü üzrə nümayəndələrimizin təlim-məşq toplanışlarında gərgin və məqsədyönlü məşğələlərinin, yüksək hazırlıq səviyyəsinin bəhrəsidir. 
İbrahimov və Sultanovanın uğurları medal qazanmış ölkələrin siyahısında da öz əksini tapmışdır. Yarışların iki günündən sonra Azərbaycan komandası 2 qızıl medalla 11-ci mövqedə idi. Paralimpiya oyunlarında isə 165 dövlətin nümayəndələri mübarizə aparırlar.
Sentyabrın birinci gününün yarışları ərəfəsində cədvələ 34 medal - 13 qızıl, 10 gümüş və 11 bürünc mükafat qazanmış Çin Xalq Respublikasının paralimpiyaçıları başçılıq edirdilər. İkinci pillədə 18 medalla (7+4+7) Avstraliya irəliləyirdi, üçüncü yeri isə 16 mükafata malik (6+5+5) Ukrayna tuturdu.
Dünən Azərbaycanın daha beş idmançısı mübarizəyə qoşulmuşdur. Onlardan üçü Sərdar Kərimov (100kq), Tofiq Məmmədov (90 kq) və İlham Zəkiyev (100 kq-dan yuxarı) cüdo turnirində çıxış etmişlər. Uluxan Musayev və Hüseyn Həsənov isə müvafiq surətdə yadro itələmək və üç təkanla tullanmaq yarışlarında starta çıxmışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında