Təbrik edirik, "Neftçi"!

Azərbaycan klub futbolunda çox əlamətdar bir hadisə baş vermişdir. Ölkəmiz ilk dəfə Avropa miqyaslı yarışların qrup mərhələsində təmsil olunmaq hüququ qazanmışdır. İdman ictimaiyyətimizə, bütün xalqımıza bu böyük sevinci 30 avqust axşamında Bakının "Neftçi" komandası yaşatmışdır. Baş məşqçi Böyükağa Hacıyevi və onun köməkçilərini, futbolçuları, klubun rəhbərliyini və bütün futbol pərəstişkarlarımızı çoxdan gözlənilən layiqli qələbə münasibətilə ürəkdən təbrik edir, komandaya Avropa Liqası turnirinin qrup mərhələsində də uğurlar arzılayırıq.
Avroliqanın qrup yarışlarına aparan yolda həlledici addım Nikosiyada atılmalı idi. APOEL pley-off mərhələsinin ilk görüşündə Bakıda heç-heçə oynamışdı (1:1) və şübhəsiz, Kiprdə öz azarkeşləri qarşısında cavab matçından sonra bu turnirdə yoluna davam edəcəyini düşünürdü. Ancaq Azərbaycan paytaxtı futbolçuları da ötən mövsümdə Çempionlar Liqasında mübarizəni yalnız dörddəbir finalda dayandıran rəqib qarşısında geri çəkilmək fikrində deyildilər. Son illər yaxşı ad-san qazanmış komandaya qarşı onun meydanında oynamaq nə qədər çətin olsa da, "Neftçi" heç nəyə, hətta görüş ərəfəsində bəzi intizamsız yerli azarkeşlər tərəfindən futbolçularımıza göstərilən təzyiqə baxmayaraq, sınaqdan şərəflə çıxıb APOEL-i və onun azarkeşlərini kiprlilərin heç cür gözləmədikləri ağır məğlubiyyətlə razılaşmağa məcbur etdi. Görüşdə qeydə alınmış 3:1 hesabı da səfərdə son dərəcə inamlı qələbə qazanıldığını sübut edir.
Futbol pərəstişkarlarımızın heç vaxt unutmayacaqları bu qələbəni Cavid İmamverdiyev, Julius Vobay və Flavinyunun vurduqları qollar, onların bütün komanda yoldaşlarının əzmkar, əvvəldən axıradək fəal oyunu və məşqçinin tapşırıqlarını dəqiq yerinə yetirmək bacarığı təmin etdi.
Futbolumuzun bayraqdarı "Neftçi" Azərbaycan Respublikasında "İdman ili"ndə tarixi qələbə qazanmışdır. Bu müvəffəqiyyət hazırda onun şərəfini qoruyan oyunçuların hər birinin həyatında çox böyük uğurdur. Ölkəmizə yaşatdıqları sevincə görə onlara dərin minnətdarlığımızı bildirək.
Komandamızın UEFA Avropa Liqası turnirinin qrup mərhələsində rəqibləri İtaliyanın "İnter" (Milan), Serbiyanın "Partizan" (Belqrad) və Rusiyanın "Rubin" (Kazan) komandaları olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında