Rövnəq ABDULLAYEV: Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur

Çox sevindirici haldır ki, Azərbaycan futbolunun tarixində daha bir əlamətdar qələbənin şahidi olduq. Futbol tariximizdə ilk dəfə təmsilçimizin UEFA klub yarışlarında qrup mərhələsinə vəsiqə qazanması böyük uğurdur. Bu münasibətlə "Neftçi" klubunun kollektivini və ölkəmizin futbol ictimaiyyətini təbrik edirəm.
Bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı fikirlərini söyləyərkən demişdir.
Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən "İdman ili" elan olunmuş 2012-ci ildə bu uğurun qazanılması ölkə idmanının inkişafına bir töhfədir. London Yay Olimpiya Oyunlarında əldə olunmuş uğurlardan sonra futbol sahəsində də qazanılan bu müvəffəqiyyət idman ictimaiyyətimiz üçün hədiyyədir. Bu, eyni zamanda, futbolun inkişafı məqsədi ilə seçilmiş istiqamətin, müəyyənləşdirilmiş strategiyanın düzgün olmasının göstəricisidir. Əminəm ki, "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın müddəalarına uyğun olaraq həyata keçirilən tədbirlər nəticəsində daha böyük nailiyyətlər qazanılacaqdır.
Qeyd edək ki, Bakıda keçirilən ilk oyundan (1:1) fərqli olaraq səfərdəki matçda "Neftçi" Kiprin APOEL komandasını 3:1 hesabı ilə məğlub etmiş və UEFA Avropa Liqası yarışlarının qrup mərhələsinə vəsiqə qazanmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında